Ermənilərin 2020-də “əsir götürdükləri” məşhur generalımız...

11:30 7.10.2024 1 127
Ermənilərin 2020-də “əsir götürdükləri” məşhur generalımız...

Xəbər verildiyi kimi, 2-ci ordu korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Quliyev Vilayət Bərxuda oğlu təyin olunub.

Azərbaycan Ordusundakı bu kadr dəyişikliyi Mais Bərxudarovla bağlı maraqlı detalları yenidən gündəmə gətirib.

Axar.az Globalinfo.az-a istinadla xatırladır ki, Mais Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.

Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında güləşlə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırıb və hələ tez olduğunu bildirib.

Baş leytenant ikən Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən isə “Vətən uğrunda” medalına layiq görülüb.

2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq, Lələtəpə yüksəkliyini və onkilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə ona general-mayor rütbəsi verilib.

Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mais Bərxudarov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsinin ilk günlərdə onun əsir düşməsi və ya şəhid olması ilə bağlı məlumatlar sürətlə yayılmışdı. Digər məlumat isə generalın mühasirəyə düşməsi ilə bağlı idi. Lakin sonradan Müdafiə Nazirliyinin yaydığı görüntülərdə onun sağ olduğu və xidmətinə davam etdiyi təsdiqləndi.

Bununla belə, onun Cəbrayılın Nüzgar kəndindəki “Vilayət” postunda yaralanması haqda iddialar var. Ümumilikdə müharibə dönəmində 3 dəfə yaralandığı iddia edilsə də, general Bərxudarov bu barədə danışmayıb. Lakin Qubadlıda generalın mühafizəsini təşkil edən Şamxal Abbasovun qəhrəmancasına şəhid olması həm də Mais Bərxudarovun ermənilərin hədəfində olması kimi izah edilir.

“Operativ Media” yazır ki, M.Bərxudarov ön xəttin yarılması, Cəbrayıl, Qubadlı şəhərlərinin azad olunmasında döyüş mövqeyində olub:

“Füzulinin açarı olan 3 hücum istiqaməti, Cəbrayılın taleyini həll edən Mehdili valının yarılması, 7 oktyabr ermənilərin 1000 dən çox şəxsi heyətlə hazırladığı əks hücumun qarşısının alınması, Zəngilana gedən yol üçün çox əhəmiyyətli olan “Əmirvarlı” səddinin yarılması, Qubadlının açarı olan “Yazı Düzü”nün azad edilməsi və Şuşa əməliyyatında Laçın dəhlizindən düşmən təminatının qarşısının alınması bölmələrinə birbaşa döyüş mövqeyində rəhbərlik edib.

2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirlərində Mais Bərxudarovun rəhbərlik etdiyi heyət Qırmızı Bazar istiqaməti, Xocavəndin ən yüksək mövqeləri, “Üçtəpə” postu, Xocalının üzbəüz mövqeləri, Xankəndininin hakim yüksəkliklərinin azad olunmasına rəhbərlik edib.

Bütün bunlarla yanaşı, Mais Bərxudarovun adı zaman-zaman “Tərtər işi”ndə hallanır. Onun bu məsələdə hansısa formada iştirakı isə istintaq prosesində təsdiqlənməyib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}