Ermənistan Moskvada bəyanat imzalamaqdan imtina etdi - SƏBƏB

12:45 8.10.2024 1 071
Ermənistan Moskvada bəyanat imzalamaqdan imtina etdi - SƏBƏB

Xəbər verildiyi kimi, oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Məlumata əsasən, iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Belarus xarici işlər naziri Maksim Rıjenkov, Qazaxıstan xarici işlər naziri Murad Nurtleu, Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev, Rusiya xarici işlər naziri Sergey Lavrov, Tacikistan xarici işlər naziri Sirociddin Muhriddin, Özbəkistan xarici işlər naziri Bəxtiyar Saidov və Türkmənistanın Rusiyadakı səfiri Esen Aydoğduyev iştirak edib.

İclas zamanı MDB üzvü olan 9 ölkənin 8-i “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bəyanatı imzalayıb. Yalnız Ermənistan sözügedən bəyanatlara imza atmaqdan imtina edib.

İrəvanın imzalamaqdan imtina etdiyi ilk - “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” ilə bağlı bəyanat birbaşa regionda terrorizmə qarşı mübarizəni ehtiva edir. Görünür, Ermənistan bu bəyanatı imzalamamaqla regionun təhlükəsizliyinə və terrorizmə qarşı mübarizədən imtina etmək niyyətindədir. Bu isə Ermənistanın dövlət siyasətinin mahiyyətini üzə çıxarır.

İkinci, əsas bəyanat - “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” isə birbaşa olaraq BMT Nizamnaməsindən kənarda sanksiyaların tətbiqinə qarşıdır.

Məlumdur ki, hazırda Ukraynaya təcavüzü səbəbindən beynəlxalq sanksiyalara məruz qalan dövlət Rusiyadır. Moskvaya qarşı BMT-dən başqa, birtərəfli sanksiyalar (ABŞ, Böyük Britaniya, AB) tətbiq edilir ki, buna hətta NATO-nun ən böyük müttəfiqlərindən olan Türkiyə də qarşı çıxır. Rəsmi Ankara dəfələrlə birtərəfli sanksiyaların qanunsuz, BMT Nizamnaməsindən kənar olduğunu dilə gətirib.

İrəvanın bu bəyanatı imzalamaması, Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxmaqdan imtina etməsi müəmmalıdır. Çünki Ermənistan 3 ildir Rusiyaya qarşı sanksiyaların dəlinməsində müstəsna rol oynayır. İrəvan bunun sayəsində milyardlarla dollar qazanc əldə edib, iqtisadi artım əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Buna baxmayaraq, Ermənistan qeyri-qanuni fəaliyyətinə “siyasi-hüquqi əsas” qazandırmaq üçün belə bəyanata qoşulmur...(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}