Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində pozuntular aşkarlandı

19:51 30.10.2024 1 029
Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində pozuntular aşkarlandı

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində pozuntular aşkarlayıb.

Bu barədə Hesablama Palatası xəbər yayıb.

Məlumata görə, aparılmış auditlə Agentliyin funksional fəaliyyətini yetərli tənzimləyən, gəlir və xərclərini təsdiqləyən hüquqi aktın olmaması, tabeliyində və strukturunda olmayan qurumlara vəsaitlərin xərclənməsi, sığorta vəsaitlərinin bir hissəsinin digər məqsədlərə yönəldilərək təyinatı üzrə istifadə edilməməsi, dövlət əmlakı barədə səlahiyyətsiz sərəncam verilməklə tibbi sığorta vəsaitləri hesabına əsas vəsaitlər alınaraq və ya əsaslı vəsait qoyuluşu hesabına tikilməli olan tikinti obyektinə vəsait xərclənərək formalaşmış aktivlərin qanunsuz olaraq digər qurumun balansına və istifadəsinə verilməsi halları müəyyən edilib.

Bununla yanaşı, tibbi-iqtisadi ekspertiza üçün müəyyən edilmiş tələblər pozularaq müvafiq vəzifələrə tələbləri ödəməyən şəxslərin işə götürüldüyü, tibbi-iqtisadi ekspertizanın düzgün aparılmadığı və göstərilmiş tibbi xidmətlərin dəyərindən artıq vəsaitin ödənildiyi, donor saylarının artıq göstərilərək artıq vəsait alındığı, hesabat təqdim edilmədiyi halda tibb müəssisələrinə vəsaitlərin köçürüldüyü, digər qurum və hüquqi şəxs tərəfindən alınmış avadanlıqların əlavə dəyər vergisinin, habelə tibbi məhsulların və avadanlıqların, xidmətlərin dəyərinin tibbi sığorta vəsaitləri hesabına ödənildiyi, vergi öhdəliklərinin vaxtında icra edilmədiyi, işçilərlə hesablaşmalarda artıq ödənişlərə yol verildiyi, eləcə də bir sıra digər hüquq pozuntularına yol verilməsi ilə müşayiət olunan tapıntılar aşkar edilib.

Palatada keçirilən kollegiya müzakirəsinin yekununda yüksək məbləğlərlə ifadə olunan və müvafiq hüquqi məsuliyyətə səbəb olan pozuntulara yol verilməsi halları nəzərə alınaraq, auditin nəticəsi barədə materialların aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanına göndərilməsi haqqında qərar qəbul edilib.(APA)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}