Maaş və pensiya artımı ikirəqəmli olacaq - Millət vəkili

14:31 1.11.2024 1 351
Maaş və pensiya artımı ikirəqəmli olacaq - Millət vəkili

Təkliflər təqdim olunduqdan sonra konkret artım faizlərinin müzakirəsi mümkün olacaq, çünki bu olmadan pensiya və əmək haqlarının hansı faizlə artacağını dəqiq söyləmək mümkün deyil.

Bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, parlament Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqı və pensiyaların artırılması ilə bağlı təklifləri müzakirə etmək üçün gözləyir:

“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təkliflər təqdim olunduqdan sonra artıq konkret müzakirələrin aparılması mümkün olacaq. Nəzərə alsaq ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub. Növbəti il sosial təminat və sosial müdafiəyə beş milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Eyni zamanda dövlət büdcəsinin xərclərinin 45 faizi sosial istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, növbəti il sosial paketin dərinləşməsi prioritet olaraq qalacaq”.

Millət vəkili qeyd edib ki, artımlar inflyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır:

“Bizim artımlarla bağlı təkliflərimiz ondan ibarətdir ki, minimum maaş və minimum pensiyada artımlar 2023-2024-cü illərdəki inflyasiya nəzərə alınmaqla reallaşsın. Çünki xüsusən 2023-cü ildə qiymət artımları daha yüksək olub. Fiskal imkanlar çərçivəsində inflyasiya səviyyəsinin tam olaraq minimum əmək haqqı və minimum pensiya artımlarında əks olunması və nəzərə alınması məqsədəuyğundur. Nəzərə alsaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artıb, gözlənti ondan ibarətdir ki, artım faizi 2 rəqəmli olacaq. Biz bu istiqamətdə Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi təqdim edəcəyik”.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}