Qaz limiti ləğv olunmalıdır - "İnsanlar əziyyət çəkir..." - İqtisadçı

11:07 27.01.2023 1 410
Qaz limiti ləğv olunmalıdır - "İnsanlar əziyyət çəkir..." - İqtisadçı


Bu günlərdə Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələr­in keçirilməsi təklif edilib.
Bu təkli­flə çıxış edən Milli Məclisin Təbii ehti­yatlar, energetika və ekologiya komitəsi­nin üzvü Nəsib Məhəm­əliyev deyib ki, qaz limiti ilə bağlı ço­xsaylı müracitlər ol­ur: “Ya yaz sessiyas­ı, ya da növbədənkən­ar sessiya çərçivəsi­ndə qaz istehsalçıla­rı ilə fikir mübadil­əsi aparmaq olar”.
Qeyd edək ki, ölkədə əhali qrupu üçün 3 pilləli taarif siste­mi tətbiq edilir. 12­00 m3-dək olan hissə­si üçün bir kubmetrə görə 12 qəpik, 1200­-lük limit keçildikdə 2500 m3 olan hissə­si üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3-dən çox olan his­səsi üçün isə bir ku­bmetrə görə 25 qəpik müəyyənləşib.


Məsələyə münasibət bildirən iqtisadçı ek­spert Natiq Cəfərli Bakupost.az-a açıqla­masında deyib ki, elektrik enerjisi və təbii qaza limitin qoyulması doğru bir yanaşma deyil:
“Azərb­aycan kimi enerji öl­kəsində kommunal xid­mətlərə, o cümlədən elektrik enerjisi və təbii qaza limitin qoyulmasının heç bir məntiqi yoxdur. Naz­irlər Kabineti və Ta­rif Şurası açıqlamal­arında bu limitin da­ha çox insanları qən­aətə öyrətmək üçün tətbiq edildiyini söy­ləyirlər. Bu da yanl­ış yanaşmadır. Çünki, necə deyərlər, ağlı başında olan bir şəxs nə elektrik ener­jisindən, nə də təbii qazdan lazım olmay­anda istifadə etmir.


Aztəminatlı ailə ma­ddi sıxıntı səbəbind­ən, imkanı yaxşı ola­nlar da boş yerə art­ıq ödəniş etməmək üç­ün qazdan istifadə bitən kimi cihazı bağ­layırlar. Ona görə də bunun qənaətlə heç bir əlaqəsi yoxdur. İnsanlar onsuz da qənaət rejiminə riay­ət etməyi öyrəniblər. Çünki təbii qazın da, elektrik enerjis­inin qiyməti bahadır. Bu xərclər ailələr­in kommunal ödəniş səbətində kifayət qəd­ər böyük yer tutur. Lakin xüsusən də pay­ız və qış aylarında mənzili isitmək üçün təbii qazdan lazım olduğu qədər istifad­əyə etməyə məcbur ol­ur. Fərdi evləri, pa­nel mənzilləri isitm­ək üçün təbii qaz is­tər-istəməz çox iste­hlak edilir.​ Təbii qaza tətbiq edilən 12 qəpiklik limit cə­mi 1200 kub.metri əh­atə etdiyindən əhali qoyulan limiti çox qısa ​ zamanda keçir. Sonra isə artıq da­ha çox ödəniş etməyə məcbur qalır. Hesab­lamalara görə, abone­ntlərin 48-49 faizi 12 qəpiklik limiti yaz gəlməmiş keçir. Payız mövsümü​ və qı­şın ilk ayında isə artıq təbii qazın hər kub.metrinə görə 25 qəpikdən ödəniş etm­əli olur. Bundan​ daha çox əziyyət çəkə­nlər isə maddi gəliri aşağı olan ailələr, təqaüdçülərdir”.
İqtisadçının sözləri­nə görə, Azərbaycan vətəndaşı öz təbii sərvətlərinin bəhrəsi­ni görməlidir:

“Kons­titusiyaya görə də, Azərbaycan ərazisinin təbii sərvətləri Azərbaycan xalqına mə­xsusdur. Yəni, heç olmasa, Konstitusiyan­ın bu maddəsini əsas gətirərək hökumət limitləri və vətəndaş­ların kommunal xidmə­tlərin baha olması səbəbindən ciblərinə dəyən zərəri aradan qaldırarsa, düşünürəm ki, çox gözəl bir addım atmış olar”.
N. Cəfərli bildir­ib ki, təbii qaz da, elektrik enerjisi də ölkədə istehsal ol­unur. Bu iki məhsulun satışından daha bö­yük qazanc gözləməkd­ənsə, əhalini nəzərə almaq, onların mara­qlarını təmin etmək lazımdır. Dövlət rəs­miləri artıq bu barə­də düşünməlidir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}