Sumqayıtda zibil qabları günlərlə daşınmır - FOTO

20:32 25.11.2024 1 610
Sumqayıtda zibil qabları günlərlə daşınmır - FOTO

"Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində zibillər vaxtında yığışdırılmır. Üfunət səbəbindən ərazidən keçmək mümkün deyil".

Bu barədə şikayətli Sumqayıt sakinləri deyib.

Onların sözlərinə görə, yaxınlıqda böyük supermarket yerləşir. Sakinlərdən başqa, market də xarab olan məhsulları və zibilləri ora atır:

"Ərazidə antisanitariyya vəziyyəti hökm sürür. Zibil konteynerləri günlərlə boşaldılmır. Bu, həm ətraf mühitə ziyan vurur, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Zibil tullantıları vaxtında yığışdırılmadığı üçün ətrafa pis qoxu yayılır. Konteynerlərdə yer olmadığı üçün sakinlər zibili yerə atmağa məcbur olur".

Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə bildirib ki, bələdiyyənin yaranmış vəziyyəti birbaşa həll etmək imkanı yoxdur, sakinlər isə siqnal xidməti vasitəsilə müəyyən məbləğ qarşılığında əraziyə xüsusi məişət tullantıları maşını cəlb edə bilərlər:

"Şəkillər və videolardan görünür ki, antisanitariya vəziyyətinin yaranmasında yaxınlıqdakı supermarketin böyük rolu var. Çünki məişət tullantılarının qalaqlanıb qaldığı yer həmin obyektə çox yaxındır. Problemin tam həlli üçün Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlanılması məqsədəuyğundur," - deyə o, əlavə edib.

Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə də əlaqə saxladıq. O, problemin əsas səbəbkarı kimi yaxınlıqdakı böyük supermarketin fəaliyyətini göstərib.

"Supermarketə ərazinin təmizliyini nəzarətdə saxlamaq və tullantıların vaxtında yığışdırılması üçün ciddi tapşırıq verilib. Hazırda həmin ərazi zibillərdən tamamilə təmizlənib", - deyə Eyvaz Qocayev bildirib.(Bakupost.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}