Rusiyada Putinin azərbaycanlı müəlliminin xatirəsi anılıb - FOTO

12:52 14.12.2024 1 260
Rusiyada Putinin azərbaycanlı müəlliminin xatirəsi anılıb - FOTO

Rusiya Prezident Akademiyasında görkəmli azərbaycanlı hüquqşünas alim, Rusiya prezidenti Vladimir Putinin müəllimi olmuş Cahangir Kərimovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Akademiya rektorunun müşaviri Viktor Zorin, prorektorları Sergey Myasoedov və Aleksey Spirin, "Biz Rusiyanı sevirik” Beynəlxalq İctimai Hərəkatının Qəyyumlar Şurasının sədri Viktor Xmarin və digər dövlət orqanlarının, ictimai təşkilatların və elmi ictimaiyyətin nümayəndələri, Akademiyanın tələbələri və əməkdaşları iştirak ediblər.

Tədbirdə azərbaycanlı alimin həyatından, elmi yaradıcılığından söhbət açılıb, onun yüksək ixtisaslı hüquqşünas pedaqoq kimi fəaliyyətindən danışılıb.

Qeyd olunub ki, Cahangir Kərimov öz dövrünün siması, Sovet İttifaqının görkəmli hüquqşünaslarından biri olub. Onun Sovet İttifaqında qanun və hüquq normaları yaradıcılığının inkişafına əvəzsiz töhfələr verdiyi bildirilib.

Tədbirin nəticəsi olaraq Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimovun təşəbbüsü ilə Cahangir Kərimovun yaşadığı evdə xatirə lövhəsinin quraşdırılması üçün Sankt-Peterburq meriyasına müraciət etmək qərara alınıb.

Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. Böyük Vətən Müharibəsinin iştirakçısı olan Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub. O, hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. Kərimov 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.

Onu da qeyd edək ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov 2015-ci ildə, 92 yaşında vəfat edib. (APA)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}