Samir Şərifovun yeni təyinatı: yüksəliş, yoxsa qürub?..

18:46 11.01.2025 1 477
Samir Şərifovun yeni təyinatı: yüksəliş, yoxsa qürub?..

Maliyyə naziri Samir Şərifovun nazir vəzifəsindən azad edilməsi gözlənilməz oldumu? Əlbəttə, yox. Çünki ölkədə nazir vəzifələrinə yeni, gənc kadrların təyinatı prosesi çoxdan başlayıb və Samir Şərifov kimi uzun illər (19 il) nazir, komitə sədri postunda çalışanların əksəriyyəti öz vəzifələri ilə vidalaşıblar. Hazırda stajlı nazirlərdən vəzifədə yalnız Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov (19 il) və Müdafiə naziri Zakir Həsənov (12 il) qalıblar.

Nazir vəzifələrindən çıxarılanların bir qismi Prezident Administrasiyası (Ramil Usubov, Mədət Quliyev) və ya Nazirlər Kabinetində (Şahin Mustafayev, Elman Rüstəmov) belə demək mümkünsə, "fəxri vəzifə"lərə təyin olunublar. Ən pis halda isə deputat mandatı (Mübariz Qurbanlı, Heydər Əsədov ) və ya səfir portfeli (Məhərrəm Əliyev) əldə ediblər. Hətta, təhsil sistemində hazırda institut direktoru olan bir sıra keçmiş nazirlər də (Misir Mərdanov, Əli Abbasov) var.

Sabiqlərdən həbsdə olan (Səlim Müslümov) və tamamilə vəzifəsiz qalanların (Elmar Məmmədyarov, Qorxmaz Hüseynov və b.) olduğu da məlumdur.

Bu baxımdan Samir Şərifovun nazir vəzifəsindən uzaqlaşdırılması kimi, Baş nazir Əli Əsədovun müavini təyin olunmasında da əslində gözlənilməz bir şey yoxdur. Maraqlı olan, Samir Şərifovun bu mərhələdən sonra karyerasının necə irəliləyəcəyidir.

Məsələ burasındadır ki, nazir vəzifəsindən çıxarılan və hansısa simvolik vəzifəyə təyin olunanlarla bağlı cəmiyyətdə formalaşmış bəlli stereotip var. Əksəriyyət belə hesab edir ki, sonrakı təyinat sadəcə olaraq, onların "ehtiyat oyunçular", daha dəqiqi, təqaüdçülər skamyasına göndərilməsinə hazırlıqdır. Qeyd olunur ki, hakimiyyət müəyyən xidmətləri olan bu adamları narazı salmaq istəmir, onlara ikinci dərəcəli vəzifələr tapşırılır, daha sonra isə orden-medal verilərək, təqaüdə göndərilirlər. Məsələn, bu günlərdə “Şərəf” ordeni ilə təltif edilən Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin sabiq baş direktoru Əhməd Əhmədzadə kimi...

Nazir vəzifəsindən çıxarılanlarla bağlı sözügedən qənaət böyük ölçüdə həqiqət olsa da, istisnalar da var. Nazir postundan uzaqlaşdırılan, lakin növbəti təyinatdan sonra öz avtoriteti və siyasi fəallığını saxlayanlar sırasında ən azı sabiq daxili işlər naziri Ramil Usubov və Şahin Mustafayevin adını çəkmək olar.

Ona görə də Samir Şərifovun bir müddət sonra Elmar Rüstəmov kimi unudulacağı və vəzifədən alınacağı, yoxsa, adı çəkilən digər həmkarları kimi Azərbaycan siyasətində mühüm fiqura çevriləcəyi gələcəyin işidir və xeyli dərəcədə də onun özündən asılıdır...

Onu da nəzərə almaq lazımdır ki, S.Şərifov ugurlu karyerası ilə diqqət çəkən sanballı fiqurlardandır və onun əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Sonda Baş nazirin müavini təyin olunan S.Şərifovun karyerasi ilə bağlı bəzi məlumatları təqdim edirik:

* 1991-1995: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

* 1995-2001: Azərbaycan Respublikası Milli Bankının valyuta idarəsində rəhbər vəzifələr tutub. Onun rəhbərliyi dövründə ölkənin valyuta siyasəti və beynəlxalq maliyyə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.

* 2001-2006: Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışaraq, neft gəlirlərinin səmərəli idarə olunması və şəffaflıq məsələlərində beynəlxalq nümunələrə uyğun modellər tətbiq edib.

* 2006-2025: Azərbaycan Respublikasının Maliyyə Naziri kimi ölkənin maliyyə siyasətini idarə edib. Bu müddət ərzində bir çox dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə sabitliyinin qorunması və islahatların həyata keçirilməsi onun adı ilə bağlıdır.

Zaur,
BakuPost
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}