Doşabın(bəkməz) tərkibi sağlamlıq mənbəyidir

03:44 17.01.2025 3 850
Doşabın(bəkməz) tərkibi sağlamlıq mənbəyidir

Soyuq havaların sevilən qidalarından olan doşab - bəhməz həm enerji mənbəyidir, həm də sağlamlıq üçün çox faydalıdır.

Mütəxəssislər bildirirlər ki, üzüm, keçibuynuzu, alma, tut, ərik, qarpız, əncir və şəkər çuğunduru kimi meyvələrdən əldə edilən bəhməz meyvə şirələrinin qaynadılaraq konsentrat halına gətirilməsi ilə hazırlanır. Yüksək şəkər tərkibi sayəsində bəhməz həm enerji verir, həm də kalsium, dəmir, kalium və maqnezium kimi minerallarla zəngindir.


Bəhməz tərkibindəki B vitaminləri (B1, B2, B3) və antioksidantlar sayəsində immuniteti gücləndirir, qanazlığının qarşısını alır və sümük sağlamlığını dəstəkləyir. Bir yemək qaşığı bəhməz (10 qram) təxminən 29 kalori enerji, 1 mq dəmir və 40 mq kalsium ehtiva edir. Həmçinin qan təzyiqinin tənzimlənməsində və bədən müqavimətinin artırılmasında əhəmiyyətli rol oynayır. Öskürək və balğam problemlərində təsirli olduğu, hətta ağız içində yaranan yaraların sağalmasına yardım etdiyi qeyd olunur.

Bəhməz xüsusilə böyümə çağında olan uşaqlar, iştahsızlıq və halsızlıq problemi yaşayanlar üçün çox faydalıdır. Hamilə və süd verən analar, eləcə də xəstəlikdən sağalma mərhələsində olanlar bəhməz istehlakını menyularına əlavə etməlidirlər. Bununla belə, şəkər xəstələri bəhməzi məhdud miqdarda istifadə etməlidirlər, çünki tərkibindəki şəkər dərhal qana qarışır.


Bəhməzin düzgün saxlanılması vacibdir. Evdə hazırlanan bəhməz günəş işığından uzaq, otaq temperaturunda saxlanmalıdır. Mağazadan alınan və qapağı açılmış bəhməz isə soyuducuda qorunmalıdır. Bəhməz yüksək temperatura məruz qalmamalıdır; əgər donarsa, 70°C-dən aşağı temperaturda əridilməlidir. Həddindən artıq bəhməz istehlakı həzm problemlərinə, o cümlədən ishala səbəb ola biləcəyindən, balanslı şəkildə istifadə olunmalıdır. Günlük olaraq böyüklər 1-2 yemək qaşığı, uşaqlar isə 1-2 çay qaşığı bəhməz qəbul edə bilərlər.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}