Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? - FOTO

13:19 24.01.2025 1 295
Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.

Xəbər verilir ki, yoxlama nəticəsində tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin təsdiq etdiyi forma və qaydalar üzrə aparılmadığı, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edildiyi, dərman vasitələrinin saxlandığı soyuducularda termometr olmadığı, stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət edilmədiyi, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şərait yaradıldığı (lisenziyası olmadığı halda), müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı, çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyətlə məşğulolma və s. nöqsanlar aşkarlanıb.

Daha bir maraqlı məqam isə yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərovanın AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranışları qeydə alınıb: qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzünə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər və müqavimət göstərilib.

Mütəxəssislərin üstünə qışqıran, onları işdən çıxartdıracağı ilə hədələyən “arxalılar” kimlərdir?

Baş həkim Rəna Soltanova uzun müddətdir mediada özünü təbliğ edir. Tərcümeyi-halında bildirilir ki, 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetini dermotoloq-veneroloq ixtisası üzrə təhsil alıb, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı bitirib. İddia edilir ki, “estetik dermatologiyanın sirlərini” məhz Almaniyada öyrənmişdir, “Azərbaycanda “tibbi-estetik kosmetologiya” üzrə beynəlxalq səviyyədə ixtisaslaşan ilk həkimdir”.

R.Soltanova 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomdan sonra Təhsil Akademiyasında ümumi cərrahiyyə üzrə ordinaturanı bitirib. Türkiyənin “Yüz Plastik Cerrahi Dernegi”nin üzvüdür. ”Laser Beauty Estetik Klinikası” MMC-nin mərkəzi ofisinin baş həkimidir.

Bu zəngin avtobioqrafiyaya malik xanımın fotolarını təqdim edirik və hesab edirik ki, avtobioqrafiyasından daha çox, fotoları “danışır”.(Axar.az)





Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}