Bakıda ağacların köçü! - Nazirlik daha bir ərazidə yaşıllığı məhv etdi - FOTO, VİDEO

13:33 24.01.2025 1 645
Bakıda ağacların köçü! - Nazirlik daha bir ərazidə yaşıllığı məhv etdi - FOTO, VİDEO

Son onilliklərdə aparılan tikinti işləri paytaxt Bakını boz şəhərə çevirib. Dağüstü parkdan, yaxud Yasamaldan baxanda şəhər Hindiquş dağlarını xatırladır. Elə "Neftçilər"dən, Yeni Günəşlidən, Xəzərdən baxanda da... Biri-birinə bitişik boz, yöndəmsiz, necə gəldi tikilmiş hündürmərtəbəli binalar Bakının min bir əziyyətlə böyüdülmüş saysız-hesabsız ağaclarının qatili kimi görünür.

Bu illər ərzində paytaxtda boz binalar ədədi, ağacların qırılması, yaşıllıqların məhv edilməsi isə həndəsi silsilə ilə artıb. Hər yeni binanı tikəndə onlarla ağac kəsilib. Acınacaqlısı odur ki, bu səhralaşma bəlası yalnız hündürlüyünə deyil, həm də eninə artır. Hövsandan Novxanıya, Suraxanıdan Masazıradək... Səbəb bəllidir. Çünki artıq şəhərdə bina tikməyə yer qalmayıb, qarajlar, köhnə zavod-fabriklər, texnoparklar, həyətlər belə alınıb və yerində bina tikilib.

Dediyimiz kimi, indi bu proses Bakının ətraf kənd və qəsəbələrində aparılır.

Bəs, yaşıllıqlar necə məhv edilir? Buna kim icazə verir? Bu "sxemi" izah etmək üçün əlimizdə yeni materiallar var. Ümumidən xüsusiyə keçməyin vaxtıdır...

Söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, 27 saylı binanın arxasında yaşıllıqların məhv edilib, yerində hündürmərtəbəli binaların inşasından gedir. Tikintini "Etibarlı" MTK aparır.


İnsafən, şirkət işini "etibarlı" tutub. MTK-nın rəhbərliyi necə deyərlər, yeri "qaralayandan" sonra, yaşıllıqların məhv edilməsinin baş ağrısına səbəb olacağını anlayıb və guya "qanuni" yola əl atıb.

Yaşıllıqların götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov 24.12.2024-cü ildə "Etibarlı" MTK-ya yaşıllıqların köçürülməsinə dair müsbət rəy verib.


Rəydə bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "D" yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində "Etibarlı" MTK tərəfindən inşası nəzərdə tutulan 2 ədəd 9 mərtəbəli yaşayış binalarının layihə sənədlərinin dövlət ekoloji ekspertizası ilə razılaşdırıldığını nəzərə alaraq, Baş Plan üzrə tikinti altına düşən ve parametrləri köçürülmə üçün uyğun olan 2 ədəd tut (1 ədədi ikigövdəli d=10-11 sm, 1 ədədi üçgövdəli d=7.8.11sm), 1 ədəd əncir (d=11 sm) ağacı və 14 ədəd kol bitkisi (8 ədəd nar, 1 ədəd heyva, 5 ədəd iydə) bu sahədə ixtisaslaşdırılmış qurum tərəfindən yerləri dəyişdirilərək layihənin yaşıllıq üçün nəzərdə tutulmuş sahəsində əkilməli və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məlumat verilməlidir.


Rəy üçün əsas kimi Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 2.2.2-ci yarımbəndi, layihəyə dair Dövlət ekoloji ekspertizasının 2024-cü il 21 avqust tarixli, BER-22/183 nömrəli müsbət rəyi və11 saylı RETSİ-nin 2024-cü il 3 iyun tarixli, 433 nömrəli baxış aktı və ona əlavə edilmiş fotoşəkillər əsas götürülüb.


Qeyd edilib ki, bu rəy yalnız Suraxanı Rayon İcra Hakimiyyəti və ya Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən sözügedən yaşıllıqların köçürülməsi barədə qərar qəbul edilməsi üçün əsasdır.


Bələdiyyə də məsələyə çox operativ reaksiya verib. 27 dekabr 2024-cü ildə Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov "Suraxanı rayonu, Yeni Günəşli "D" yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində ağacların köçürülməsi haqqında" sərəncam imzalayıb. Sənəd yaşıllıqların götürülməsi üçün dərhal Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərilib. Birlik rəhbərliyi də öz növbəsində 22 yanvar 2025-ci ildə sərəncamı icraya yönəldib.


Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri də əmri tezbazar icra ediblər. Görüntülərdən aydın olur ki, əvvəlcə ağaclar büsbütün budanıb. Daha sonra ekskavatorla kökündən çıxarılıb. Maraqlıdır, görəsən, qışın ortasında ağacları bu şəkildə budamaq, onların yerini dəyişmək aqrotexniki qaydalara uyğundurmu? Ekskavator və buldozerlə kökü zədələnən ağaclar yeri dəyişdirildikdən sonra yenidən inkişaf edəcəkmi?

Əlbəttə, bu suallara müsbət cavab vermək mümkün deyil. Həmin ağacların da, yaxınlıqda "Qırmızı kitab"a düşən 3 ədəd (d=23-39 sm) Eldar şamı və 1 ədəd ikigövdəli (d-15 sm) qovaq ağacının da aqibəti sual altındadır.

Onu da qeyd edək ki, rəsmi sənədlərdə guya, ərazidə cəmi 3 ədəd ağacın, 14 kolun olduğunun vurğulanması da məqsədlidir. Guya heç də ağacların kütləvi məhvindən söhbət getmir. Siz heç "heyva kolu" ifadəsi eşitmisizmi? Yaşıllıqların dəyəri bu cür əhəmiyyətsizləşdirilir və növbəti "yaşıl soyqırımı" həyata keçirilir.


Adı çəkilən qurumlar yaşıllıqlara dəyər vermədikləri kimi, ictimai rəyə də tüpürürlər. Yerli sakinlər deyir ki, ərazidə hər tərəfdə binalar var, onlar özləri min bir əziyyətlə orada yaşıllıq salıb, illərlə əkdikləri meyvə ağaclarına qulluq ediblər. Ancaq onların yeri dəyişdiriləndə sakinlərin rəyini soruşan belə olmayıb. Hətta ərazidəki yeganə qeyri-yaşayış obyektinin sahibi də "yerdəyişmə əməliyyatı"ndan xəbərsizdir və yəqin ki, tezliklə onun obyektinin də "qanunsuz" elan ediləcəyi və ağacların taleyini yaşayacağının şahidi olacağıq.

Əlbəttə, hər şeyə qara eynək arxasından baxmaq ədalətsizlik olardı. Təkcə elə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə yaşıllıqların qorunması istiqamətində görülən işləri (Mərkəzi Nəbatat Bağının yüksək səviyyədə abadlaşdırılmasını, yeni parkların salınması və açılışı, il boyu davam edən ağacəkmə aksiyalarını və s.) xatırlatmaq kifayətdir ki, ölkə rəhbərliyinin ekoloji problemlərin həllinə həssas yanaşdığını söyləyəsən. Elə ETSN özü də, həmçinin digər dövlət və qeyri-dövlət qurumları müxtəlif layihələr, aksiyalar elan edir, payxatdan aralı ərazilərdə ağac əkir, yaşıllıqlar salır və bu proses illərdir ki, davam etdirilir. Ancaq nə yazıqlar ki, nazirliyin aidiyyəti qurumu paytaxtın ortasında yaşıllıqların yerlə-yeksan edilməsi üçün "əsaslandırılmış" rəylər hazırlayır. Bunun həmin məmurlara və tikinti şirkətlərinə asan və ya çətin başa gəldiyini deyə bilmərik, amma yaşıllıqların məhvi Bakıya baha başa gəlir və bunun bədəlini hamımız ödəməkdəyik...(Bakupost.az)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}