H.Z.Tağıyevin ABŞ-da yaşayan nəticəsindən yeni xəbər var - FOTO

20:12 11.02.2025 1 358
H.Z.Tağıyevin ABŞ-da yaşayan nəticəsindən yeni xəbər var - FOTO

Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin nəticəsi Leyla Aru illər sonra üzə çıxıb.

Bu barədə hazırda Amerikada yaşayan azərbaycanlı jurnalist Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.

Aparıcı Leyla Arunun 44 ildir Virciniyada yaşadığını qeyd edib:

“Amerikada doğulub, sonradan ailəsinin işi ilə əlaqədar İstanbula getsə də, 80-ci illərin siyasi cərəyanlarının nəticəsində türkiyəli həyat yoldaşı ilə birlikdə yenidən, həmişəlik ABŞ-yə yerləşib.


Bakı milyonçuları - ana tərəfdən Hacı Zeynalabdin Tağıyev və ata tərəfdən Şəmsi Əsədullayevin nəticəsidir. O, Hacı Zeynalabidin Tağıyevin qızı Leyla Tağıyevadan olan nəvəsi Gülnar xanımın övladıdır. Özündən başqa bir bacısı və qardaşı da Amerikada yaşayır.

Ailə hekayəsi ilə bağlı bir film hazırlamaq təklifimizə isti baxmadı. Tağıyevə Bakıda heykəl qoyulduğunu, haqqında film çəkildiyini də bilir, ancaq çox da vacib olmadığını vurğulayır. Əslində xeyriyyəçilik missiyasını böyük məmnuniyyətlə davam etdirə biləcəklərini söyləyir. Amma bir zamanlar məhrum qaldıqları haqq və hüquqları bərpa olunmadığından əllərindən bir şey gəlmir deyir”.

Qeyd edək ki, Leyla Aru sonuncu dəfə 2016-cı ildə Azərbaycan mətbuatına müsahibə verib. Belə ki, qardaşı Əli bəy Səfiyurdlu ilə birlikdə AzVision.az-a müsahibə verən Leyla xanım Azərbaycana gəlmək istədiyini də vurğulamışdı. Ən böyük arzunuz nədir sualına isə “Kaş ki, şərtlər fərqli olaydı, biz də babamızın sərvəti ilə Azərbaycandan xeyli tələbənin təhsil almasına yardım edəydik”, - deyə cavab vermişdi.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}