Tramp və Putin razılaşdı: Rusiyaya nələr verilir?

11:21 13.02.2025 1 071
Tramp və Putin razılaşdı: Rusiyaya nələr verilir?

Trampla Putin arasında telefon danışığı rəsmi şəkildə baş tutdu və hər iki tərəfin müsbət siqnalların yer aldığı açıqlamasında Ukraynadakı müharibənin dayandırılması, sülh danışıqlarının başlanması yönündə razılaşma əldə edildiyi qeyd olunur. Əslində bu, noyabr ayından etibarən davam edən pərdəarxası danışıqlarda yekun razılıq əldə olunduğu və telefon danışığı ilə hər şeyin rəsmiləşməsi deməkdir.

Qeyri-rəsmi müzakirələrdə tərəflərin gündəliyini müəyyən qədər təxmin etmək mümkü idi:

- ABŞ Ukraynada güzəştlər və sanksiyaların yumlaşması qarşılığında müharibənin dayandırılmasını təklif edir;

- Bu vəziyyəti öz “üstünlüyü” kimi qiymətləndirən Rusiya başı yüksək tutaraq, Ukrayna ilə kifayətlənmir, müharibədən öncə ABŞ-NATO qarşısında irəli sürdüyü tələbləri yenidən aktuallaşdırır, hərçənd, bu, daha çox “yüksək tələb”lə istədiyinə nail olmaq gedişidir.

Trampın Oval kabinetə girişindən dərhal sonra Rusiyaya ultimatim ünvanlaması, ardınca Putinin ritorikanı yumşaltması və geri çəkilməsi Moskvanın “barı aşağı saldığı”, tərəflərin Ukrayna üzərində ortaq məxrəcə yaxınlaşdığı fikrini ön plana çıxarırdı. Nəhayət, Putin-Tramp xəttində rəsmi telefon danışığı bunu təsdiqlədi.

Razılaşmanın detalları bəlli deyil, lakin əsas motivin Rusiyanın Ukraynada zəbt etdiyi ərazilər üzərində de-fakto nəzarətinin tanınması olduğu ehtimalı güclüdür. Tərəflərin “danışıqlar yolu ilə uzunmüddətli nizamlanmanın əldə edilməsi” qeydini bu cür oxuya bilərik. Mövcud şərtlərdə:

- Vaşinqton anlayır ki, Rusiyaya Ukraynada güzəşt edilmədən razılaşmaq mümkün deyil;

- Moskva da anlayır ki, ağır itkilər verdiyi müharibədə yeganə “qələbəsi” bu ola bilər.


Trampın Putinlə söhbətdən dərhal sonra Zelenski ilə bir saata yaxın davam edən telefon danışığı da mümkün razılaşmanı Kiyevə qəbul etdirmək gedişi kimi görünür. Zelenski daha öncə “təhlükəsizlik təminatı qarşılığında razılaşmanın mümkün olduğu”na işarə etmişdi. İstisna deyil ki, Tramp-Zelenski danışığı bu detalların müzakirəsinə həsr olunub. Mümkün razılaşmanın tərəflər üçün konkret nəticələri ola bilər:

- Rusiya ağır itkilər hesabına işğal hücumunu müəyyən qazanc-qələbə ilə başa vurur, həmçinin geosiyasi perspektivdə zəif də olsa, “böyük oyunçu” statusunu təmin edir;

- Ukrayna de-fakto ərazi itkiləri hesabına “Avropa ölkəsi” olur;

- ABŞ əsas qazanan tərəf kimi strateji rəqibi Çinə fokuslanır və Pekinə qarşı Moskvanın müəyyən dəstəyini-neytrallığını əldə edir: analoji mövqeyin Yaxın Şərq-İran cəbhəsinə də şamil ediləcəyi gözləniləndir.


Hərçənd, bu ssenari Tramp və Putinin nəzəri razılaşması – istəyidir, praktiki müstəvidə reallaşması asan olmayacaq. Xüsusilə İngiltərənin addımları hadisələrin inkişafına yön verə bilər, yaxud birinci anlaşmada olduğu kimi, indi də bunu bacarıb-bacarmayağından çox şey asılıdır.

Asif NƏRİMANLI
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}