Pezeşkiana müraciət edildi: Ermənistan Araz çayını zəhərləyir!

14:32 3.03.2025 980
Pezeşkiana müraciət edildi: Ermənistan Araz çayını zəhərləyir!

Bir qrup vətəndaş və ətraf mühit fəalı Araz çayının çirkləndirilməsi ilə bağlı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb, onun ekoloji problemin həlli ilə bağlı tədbir görməsini istəyiblər.

Xəbər verilir ki, bu barədə İranın "Xazar" xəbər saytında məlumat yayılıb.

"Son illərdə hökumət Araz çayının çirklənməsi ilə bağlı mühüm və həyati əhəmiyyət kəsb edən məsələni diplomatik və təhlükəsizlik məqsədləri xatirinə gizlədir. Ancaq artıq transsərhəd çayın ekosistemini və onun ətrafında yaşayan sakinlərin sağlamlığı təhdidini gizlətmək mümkün deyil",- müraciətdə yazılıb.

Müraciəti imzalayanlar Məsud Pezeşkianın vətəndaşların təhlükəsizliyini təmin edəcəyi barədə and içdiyinə diqqət çəkərək, onun Araz çayının çirkləndirilməsi nəticəsində vətəndaşların sağlamlıqlarının təhlükəyə düşməsinə laqeyd yanaşmamasını tələb ediblər.

Onlar ekoloji problemin araşdırılması və həlli üçün təkliflər irəli sürüb, səbəbkarlar barədə tədbir görülməsini tələb ediblər.

Qeyd edək ki, bundan əvvəl iranlı ekoloqlar və bəzi millət vəkilləri Ermənistanın zəhərli tullantıları Araz çayına axıdılması ilə bağlı bir neçə dəfə məsələ qaldıraraq İran hökumətinin problemlə bağlı əməli tədbir görməsini təklif ediblər.

Onlar siyasi maraqlar səbəbindən İran hökumətinin ekoloji problemi ört-basdır etdiyini deyib, vətəndaşların sağlamlığını siyasi maraqlara qurban verməkdə günahlandırıblar.

Ekspertlərin fikrincə, Ermənistanın köhnəlmiş Metsamur Atom Elektrik Stansiyasının zəhərli tullantılarının çaya axıdılması, Araz çayının çirkləndirilməsində əhəmiyyətli dərəcədə rol oynayır.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}