Çingiz Abdullayev: "Zelenskinin özünü itirməyə haqqı yox idi"

14:59 3.03.2025 1 092
Çingiz Abdullayev: "Zelenskinin özünü itirməyə haqqı yox idi"

"Bu müharibənin ilk günündən mən iki ən yaxın xalqdan danışmışdım. Ruslar və ukraynalılar - ukraynalılara və ruslara qarşı. Dəhşətli itkilərdir. Amma ogünkü görüş dünyanın bütün siyasətçiləri üçün tamamilə göstərici idi. Dövlət xadimi öz xalqının, ölkəsinin yaxşılığını düşünməyə, emosiyaya qapılmamağa borcludur".

Xəbər verilir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə mübahisəsi ilə bağlı sosial şəbəkə hesabında qeyd edib.

Yazıçı yazıb:

“Yadınıza salın, Paşinyan prezidentimizlə söhbətində necə həyasızcasına “Qarabağ Ermənistandır, nöqtə” demişdi. Ona necə cavab verilməli idi? Qışqırmaq? Danışıqları dayandırmaq? İlham Əliyev necə diplomat olduğunu bütün dünyaya göstərdi. Bəs torpaqlarımızın beşdə birini zəbt etmiş rəzil Köçəryanla Heydər Əliyevin ünsiyyəti asan idimi? Stalin həqiqətən Hitlerlə danışıqlar aparmaq istəyirdi? Başa düşmürdü ki, manyakın məqsədi şərq torpaqlarıdır? Amma hər şeyə rəğmən, o, müharibəni təxirə salmaq istəyirdi. Lazım olanda Mustafa Kamal Atatürk Rusiyada bolşeviklərlə müqavilə bağlayaraq pul və silah aldı.

Belə yüzlərlə misal çəkmək olar. Ərdoğan və Putin rus pilotun ölümündən sonra da yenidən razılığa gələ bildilər. Müharibə zamanı Rusiya helikopteri vurulanda rəhbərlərimiz necə də ağıllı davranırdılar.

Mən Ukraynanı çox sevirəm. Bu ölkədə milyonlarla oxucum var. Amma Zelenskinin özünü itirməyə haqqı yox idi. Hətta “onun kostyumu varmı” kimi istehzalı suala cavab verməklə vəziyyəti hiss etməli idi. O, orijinal zarafat edə bilərdi. Amma heç kimlə mübahisə etməməli idi. Çox böyük təəssüf. Dövlət adamı öz məsuliyyəti haqqında düşünməlidir.

Bəzən jurnalistlərimizə, blogerlərimizə sadəcə heyrətlənirəm. Mən diplomat deyiləm, siyasətçi də deyiləm. Amma bir erməni “ekspert” rus kanalında həyasızcasına mənə deyəndə ki, biz onları heç vaxt məğlub edə bilməyəcəyik, çünki onlar döyüşçü xalqdır, azərbaycanlılar isə alverçi xalqdır, onda Şuşada ölmüş qardaşımı yadıma salıb, qarşımdakını söyməli idim? Qalmaqal yaratmalı idim? Mən ona cavab verdim ki, bizi zaman mühakimə edəcək və müharibənin necə bitəcəyini görəcəyik. Bunun necə bitdiyini hamı bilir”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}