Şahbaz Şərif Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına tapşırıq verib

13:49 4.03.2025 1 113
Şahbaz Şərif Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına tapşırıq verib

Pakistanın Baş naziri Şahbaz Şərif Ticarət Nazirliyinə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hərtərəfli plan hazırlamağı tapşırıb.

"Report" xəbər verir ki, bu qərar Ş.Şərifin Azərbaycana son səfərinin nəticələrinə həsr olunmuş martın 4-də keçirilən hökumət iclasında qəbul edilib.

"Baş nazir Bakıda imzalanmış anlaşma memorandumları və sazişlərin dərhal həyata keçiriləcəyini bildirib. Azərbaycan Prezidentinin Pakistana 2 milyard dollar sərmayə qoymaq niyyəti ilə bağlı bəyanatı fonunda Baş nazir Şahbaz Şərif müavini və xarici işlər naziri İshaq Darın rəhbərliyi altında komitə yaradıb. Komitə enerji və infrastruktur sahələrində sazişlərin hazırlanması ilə məşğul olacaq", - deyə məlumatda qeyd edilib.

Xəbərə görə, Şərif həmçinin ölkənin ticarət nazirliyinə Azərbaycanla ticarət həcminin 2 milyard dollara çatdırılması üçün kompleks plan təqdim etməyi tapşırıb.

Bundan əlavə, Baş nazir gələn ay Azərbaycan Prezidentinin Pakistana gözlənilən səfərinə hazırlıq işlərinin prioritet qaydada başa çatdırılmasını vurğulayıb.

Ş.Şərif həmçinin Azərbaycanda və Pakistanla əhəmiyyətli ticarət potensialı olan digər ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi barədə göstəriş verib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}