"Azərbaycan özü necədirsə, demokratiyası da elədir"

15:12 28.01.2023 1 328
"Azərbaycan özü necədirsə, demokratiyası da elədir"

Yenixeber.org: "Erkin Qədirli deyib ki, Azərbaycanda demokratik seçki yoxdur. Adil Əliyev isə cavab verib ki, məhz o, demokratik şəkildə seçilib. Məncə, Erkin bəy də, Adil müəllim də düz desələr də, hər ikisi yarımçıq danışıb".

Bu qənaətlə siyasi şərhçi Nadir Qocabəyli çıxış edib. Nadir bəyə görə "Azərbaycan özü necədirsə, demokratiyası da elədir":
Niyə? Ona görə ki, hər ikisi deməliydi ki, tam demokratik seçki dünyanın heç bir yerində yoxdur və biz də bütün parametrləri ilə özümüzə uyğun seçki keçiririk.

Azərbaycan özü necədirsə, demokratiyası da elədir.
Məsələn, Azərbaycanın Almaniyadakı kimi seçki keçirə bilməsi üçün burada da gərək hər şey oradakı kimi olsun. Uşaq bağçasından tutmuş, müəllimlərin maaşına kimi. Gərək bizdə də "Mersedes", "Audi", "Volksvagen", "Opel" kimi maşınlar istehsal olunsun. Gərək bizim də Nitshşe, Hegel, Marks, Feyerbax, Şopenhauer, Freyd, Haydegger kimi filosoflarımız, Tomas Mann, Herman Hesse, Remark, Günter Qrass kimi yazıçılarımız və s.-miz olsun.
Bununla belə, Almaniyada da seçki tam demokratik deyil. Yəni xalqın ağzı nədir ki, öz ağlı, iradəsi, arzusu ilə səs verə və kimisə deputat seçə. Deputatları orada da varlı burjuaziya, maliyyət oliqarxiyası, onların pulları seçdirir. Orada da siyasi partiyalar həmin dairələrin maliyyəsi ilə fəaliyyət göstərir. Yəni onlardan hər hansı birinin sözünü deməyən partiya, şəxs, siyasətçi ağzıyla quş tutsa da, deputat ola bilməz. Xalq deyilən insan kütləsi heç vaxt onların gücü qarşısında duruş gətirə bilməz. Onun yalnız adı və idarə olunan bədəni var. Düşünən beyinlər orada da, buradakı kimi bəlli dairələrin iradəsinə tabe etdirilib. Həm də zorla, pulla.

Bizdə hələ ki, həmin burjaziya və oliqarxiya bir əldə - görünən hakimiyyətdə cəmləşib. Əslində orada da elədir. Ancaq onların daha qədim tarixi, mədəniyyəti, siyasi ənənəsi olduğuna görə, həmin bir əl görünmür və onun hər barmağı eyni məqsədə fərqli hərəkətlə xidmət etmək şousü göstərə bilir. Həm də Almaniyanın bu tamaşanı göstərmək üçün daxili gücü bizimkindən qat-qat çoxdur. Bu güc elmə, texnologiyaya, ixracata əsaslanır. Aydın məsələdir ki, biz, Almaniya deyilik. Əgər o şirdirsə, biz hələ ki, pişiyik.

Ancaq bizdə də artıq demokratiya şousunu bir qədər təkmilləşdirməyin vaxtı çatıb. Düşünürəm ki, hakimiyyət daha səviyyəli, daha azad, daha sərbəst bir parlament formalaşdıra, ora daha səviyyəli deputatlar seçilməsinə, onun başına daha sanballı idarəçilər gəlməsinə şərait yarada bilər. Məsələn, spiker dünənə qədər heç kəsin tanımadığı bir müəllimə yox, ictimai-siyasi proseslərdə özünü az-şox təsdiqləyən, xalqa daha müsbət enerji, dünyaya pozitiv mesaj ötürə bilən biri ola bilər...

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}