"Ordumuz qərbdədir, Bakını “yerinə oturtmaq" çətin olacaq"

12:52 3.07.2025 854
Rusiyalı ekspert Azərbaycanı Türkiyənin “həyət iti” adlandırdı
"Ordumuz qərbdədir, Bakını “yerinə oturtmaq" çətin olacaq"

Rusiyalı hərbi ekspert İqor Strelkov Yekaterinqburqda OMON-un iki azərbaycanlını döyə-döyə öldürməsi, onlarla soydaşımızın zorakılığa və nümayişkaranə aqressiyaya məruz qalması səbəbindən gərginləşən ikitərəfli əlaqələrlə bağlı faktları təhrif edən, şovinist və qeyri-adekvat status paylaşıb.

Erməni mediasının həvəslə tirajladığı sözügedən statusu təqdim edirik:

“Azərbaycan bizim ehtimal olunan hərbi düşmənimizdir. Azərbaycan diasporu ilə bağlı vəziyyətə, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə gəlincə, bütün bunlar çox gözlənilən idi. Bakının Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi, kifayət qədər sürətlə antirusiya mövqelərinə keçməsi üçün dəqiq müəyyən edilmiş vektoru olmasaydı, o zaman Rusiya ərazisində etnik azərbaycanlıların həbsi, hətta ölümü rəsmi Bakını qətiyyən narahat etməzdi.

Hər şey sakit, dinc olardı. Siyasi sifariş var. Rusiya hüquq-mühafizə orqanlarının nə dərəcədə qanuna uyğun hərəkət etdiyini və ya hər hansı pozuntuya yol verilib-verilmədiyini söyləməyə hazır deyiləm, lakin bu, mümkündür. Heç nə bilmədiyim üçün qiymət verməyəcəyəm. Amma cinayətkarların həbsi (saxlanılanlar cinayətkar deyil, 24 il öncə baş verən və “arxivdən qaldırılan” cinayət işində “şübhəli” sayılırlar – red.) dövlətin daxili işidir, hətta cinayətkarlar xarici vətəndaşlar olsa belə. İndiki halda bunlar xarici vətəndaş deyil, Rusiya vətəndaşlarıdır, hətta nəzəri cəhətdən mümkün olan ikinci Azərbaycan vətəndaşlığı olsa belə (Azərbaycan onların saxlanılmasına yox, saxlanılarkən döyülüb-öldürülmələrinə etiraz edib – red.).

Uzun müddətdir ki, Azərbaycanın Rusiya ilə intensiv şəkildə yeni qarşıdurma nöqtələri axtardığı bəllidir. Azərbaycanın arxasında duran, Azərbaycanı “həyət iti” kimi istifadə edən, özləri ilə heç bir əlaqəsi olmadığını iddia edən Türkiyədir, bu da tamamilə aydındır. Rusiyada Cənubi Qafqaz cəbhəsinin yarana biləcəyi ehtimalını hələ həbslərdən əvvəl proqnozlaşdırmışdım. Türkiyənin vassalı Azərbaycanın da mütləq qoşulacağı müharibə ehtimalını da dəfələrlə tarixi perspektivdən çox yüksək və demək olar ki, qaçılmaz kimi qeyd etmişəm. İndi İran Amerika-İsrail zərbələri ilə zəiflədiyinə və bu zərbələrdən sonra Azərbaycana təzyiq göstərə bilməyəcəyinə görə, Bakı faktiki olaraq təxribatçı rolunda çıxış edir, başa düşür ki, bütün hərbi qüvvələrimiz Qərb cəbhəsindədir və Rusiyaya Azərbaycanı öz yerində oturtmaq çox çətin olacaq. Həyasızlıq, münasibətləri korlamaq və mahiyyət etibarı ilə Rusiyanın opponentlərinin “təkərlərinə su tökmək” onların yaxın gələcəkdə də edəcəkləri işdir və bu proses artacaq. Zelenskinin Əliyevə nəyə görə təşəkkür etdiyini bilmirəm. Tamamilə mümkündür ki, məhz Azərbaycanın istehsal etdiyi dronların tədarükü üçün olub. Ola bilsin ki, silah-sursat tədarükü üçün: məlum olduğu kimi, Azərbaycan Sovetdən qalan silah və sursatı Ukraynaya satırdı. İstənilən halda Azərbaycan bizim ehtimal olunan hərbi rəqibimizdir, Əliyev isə həmişə bizim düşmənimiz olub və qalır, çünki o, Türkiyənin müttəfiqidir və biz hələ də Türkiyə ilə gizli düşmənçilik edirik. Daha bir “Qafqaz düyünü” bağlanır və bu, Rusiyanın ən mühüm problemini həll etmədən, yəni Ukrayna müharibəsində qalib gəlmədən kəsilməyən düyünlərdən biridir. Qələbə əldə olunarsa, bir çox problemlər öz-özünə aradan qalxacaq və indi hürənlər öz yuvalarına sürünəcək, oradan sakit və minnətdarlıqla mızıldanacaq, qalibə yaltaqlanacaqlar. Qalib gələ bilməsək, hamısı bizi parçalamağa tələsəcək. Azərbaycan birinci olacaq. Azərbaycanın ardınca digər rəsmi müttəfiqlərimiz və qonşularımız da gələcək. Artıq Qazaxıstan ərazisində düşmənin PUA-ları fəaliyyət göstərir və aydındır ki, onlar Ukraynadan oraya uçmayıb. Onlar açıq-aşkar Qazaxıstan ərazisindən atılıb, Xarici İşlər Nazirliyimiz və təbliğatımız münasibətləri daha da gərginləşdirməmək üçün sadəcə olaraq susmağa çalışır. Rusiya ictimaiyyətini qorxutmamaq üçün. Zəiflər döyülür. Əsl güc nümayiş etdirməsək, hamı bizi döyəcək, camaat bizi tapdalayacaq”.
(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}