Bakı və İrəvan Abu-Dabidə ortaq düşmənə qarşı birləşdi

13:33 10.07.2025 903
Bakı və İrəvan Abu-Dabidə ortaq düşmənə qarşı birləşdi

Rəsmi Moskva bunun fərqindədir. Başa düşür ki, Rusiyaya nifrət o həddədir ki, gələcək naminə yağı düşmənlər belə Rusiyaya qarşı birləşirlər.

Bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, “Avronyus” “Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb kənara ataraq, sülhə yaxınlaşır” yazıb, “Moskva Tayms” isə belə yazmışdı: “Son 35 ilin çox hissəsini bir-biri ilə münaqişədə keçirən Ermənistan və Azərbaycanın indi ortaq bir düşməni var: Kreml”:

“Tərəflər bir-biri ilə birbaşa danışıqlar aparırlar. Ancaq pərdə arxasında ABŞ-ın dayanması kimsəyə sirr deyil. Oyundan kənarda qalan Rusiya Ermənistan və Azərbaycana qarşı nə edəcək? Rusiya Ermənistanda dövlət çevrilişi etməyə çalışır. Bu məqsədlə hətta keşişlərdən də istifadə etdi. Alınmadı. Niyə alınmadı? Çünki ABŞ buna imkan vermir. Vaşinqton var gücü ilə Nikol Paşinyanı qoruyur. Xatırladım ki, dünyada ən böyük ABŞ səfirliyi məhz İrəvanda yerləşir.

Azərbaycanda isə Rusiyanın iqtidar dəyişikliyi həyata keçirməsi ümumiyyətlə mümkünsüz görünür. Rusiya-Ukrayna müharibəsində ciddi şəkildə zəifləyən Rusiya Cənubi Qafqazda və Türküstanda əvvəlki təsir imkanlarının ən azı 60-70 faizini itirib. Rusiyanın daxilində də antimüharibə əhval-ruhiyyəsinin güclənməsi Putin rejimini getdikcə zəiflədir...

Zəngəzur dəhlizinin ABŞ-ın nəzarəti altında açılması İranı da məyus edib. İran ABŞ və Avropa İttifaqını öz sərhədlərində görmək istəmirdi. Ancaq İsrail-İran savaşından sonra xeyli zəifləyən molla rejiminin prosesə müqavimət göstərmək imkanı qalmayıb.

Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasına ən böyük dəstəyi Türkiyə verir. Rusiya və İranın Cənubi Qafqazda əriyib gedən təsir imkanları Türkiyənin əlinə keçir. Azərbaycanın Cənubi Qafqazda dominant ölkə olması da Türkiyənin işinə yarıyır...

Zəngəzur dəhlizi Türk Dünyasının iqtisadi, siyasi və hərbi baxımdan daha da yaxınlaşmasını sürətləndirəcək. Bu isə özü ilə yeni imkanlar gətirəcək. Belə ki, Türk Dünyası dünyanın yeni güc mərkəzlərindən birinə çevrilmək şansı qazanacaq. Bu şansı isə əldən qaçırmaq olmaz...”
(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}