Toxunmayın qazilərimizə, onlar canlı şəhidlərdir!

07:20 12.07.2025 2 597
2025-ci il: Ləyaqət libasında gəzən cəhalət

Toxunmayın qazilərimizə, onlar canlı şəhidlərdir!


Qazimizi ləkələmək, Vətəni ləkələməkdir

Bir qazi həyat yoldaşı ilə öpüşüb. Nə küçədə, nə meydanda... Sadəcə, bir anlıq hissin gətirdiyi təbii davranış. O anın içində sevgi, insanlıq, savaşdan sağ çıxmış bir ruhun yaşama sarılması var. Amma nə baş verdi? Biri, ya da biriləri bu anı çəkdi, sosial mediaya yüklədi. İlk baxışda adi bir görüntü... Lakin sonra saxta göz yaşları, teatr tonunda danışan bir “əxlaq müdafiəçisi” çıxıb ortaya həmin videonu milyonların qarşısına atdı...

Əsl məqsəd nədir? - Reytinq. Fikir verin: bir qazinin anını tirajlamaqla “əxlaq dərsi” keçmək deyil, izlənmə sayını artırmaq idi məqsəd.

Əgər bu görüntü əxlaqsızlıq idisə, onu yaymaq nə idi?

Əxlaqın arxasında gizlənən reytinqbazlıq

Biz də bilirik – ictimai yerlərdə hər davranış uyğun deyil. Amma buradakı müzakirə iki gəncin özəl anı deyil. Müzakirə olunmalı məsələ – bu görüntünü alıb milyonlara yaymaq, sonra da “əxlaq” adı ilə linç kampaniyasına çevirmək ikiüzlü yanaşmadır.

Bəli, bu oğul QAZİdir; Qarabağ uğrunda döyüşmüş, ölümə sinə gəlmiş, gecə-gündüz səngərdə yatıb, torpağı qorumuş bir oğul! İndi ona hücum edənsə nə ermənidir, nə düşmən - seliyi ağzından axa-axa “əxlaq”dan danışan sosial media yengələridir.

Qazi olmaq – hisslərdən məhrum olmaqdırmı?

Sual budur: Qazi olmaq, sevgi hissindən imtina etməkdirmi?

Psixoloqlar deyir ki, müharibədən dönən qazilərdə PTSD, yəni travma sonrası stress pozuntusu geniş yayılıb. Bu pozuntular insanın emosional balansına, davranış sərhədlərinə təsir edir. Onların hissləri bəzən daha sərt, bəzən daha zəif olur. Bir qazi bir anlıq hissə qapılıb, həyat yoldaşını, ya da sevdiyi qızı öpür və siz bu insana ləkə atırsınız?

Sizi maraqlandıran qazinin emosiyasıdır, yoxsa o emosiya üzərindən sizin reytinqiniz?


Əxlaq – reytinq silahı deyil!

Eyni "əxlaq qəhrəmanları" niyə imkanlıların, kreslolu dayıların, məmur övladlarının əxlaqsızlıqlarına susur?

Çünki orda qorxu var. Orda toxunulmazlıq var. Amma qazimizin arxasında sadəcə vətən sevgisi, ürəyində daşıdığı savaş ağrısı var.

Əgər əxlaqınız güclüdürsə, o zaman güclülərə qarşı da danışın!

Rəqəmsal zorakılıq — yeni dövrün çirkin silahı

Sosial mediada bu tip davranışların adı var: rəqəmsal linç. Psixoloqlar deyir ki, insanlar başqasını linç etməklə içlərindəki boşluğu, öz natamamlıqlarını ört-basdır edirlər. Linç edənlər özlərini haqlı görür, çünki “kütlə” onları dəstəkləyir. Halbuki başqasının ağrısı üzərindən özünü ucaldan əxlaqdan danışa bilməz.

Əgər bu görüntü sizi narahat edirdisə, onu yaymaqla daha da yayğınlaşdırmadınızmı?

Qazilərə söz demək haqqı olan ən son insanlar sizsiniz!

Bu qədər enerjinizi niyə uşaqlara zor tətbiq edənlərə, xalqın malını yeyənlərə, əxlaqı ayaqlayanlara sərf etmirsiniz?

Yoxsa onlar toxunulmazdır?


Əgər mən hüquqşünas olsaydım, bu qazinin vəkilliyini heç bir haqq tələb etmədən, könüllü şəkildə öz üzərimə götürərdim. Ona qarşı hücum edən sosial media yırtıcılarını, selikli linççiləri, “bravo” yazıb bu zorakılığı alqışlayanları tək-tək araşdırar, hüquq qarşısında cavab verməyə vadar edərdim.

Və onlardan alınan hər qəpiyi o qazinin və onun kimi yüzlərlə qazimizin müalicəsinə, psixoloji reabilitasiyasına xərcləyərdim.

Qaziyə bir sözüm var:

- Əziz qardaşım, sən bu millət üçün canını sipər etmisən. İctimai məkanda emosiyaya qapılıb öpüşmək – bəli, bu, cəmiyyətin bəzi dəyərlərinə zidd görünə bilər. Amma bu sənin şəxsi həyatındır. Səni tənqid etmək olar, lakin linç etmək olmaz.

Bu cəmiyyət səni anlamalı, yanında dayanmalıdır. Sənin səhvin varsa, o səhv düzəlməlidir. Amma ləkələnməməlidir.

Hüquq varsa, ədalət də olacaq

Əgər bu ölkədə hüquq sistemi işləyirsə, sən bir vəkil vasitəsilə bu linç kampaniyasını susqunluqla deyil, qanunla cavablandırmalısan. Sənin döyüşdüyün torpaq üzərində, indi səni linç edənlər rahatlıqla “əxlaq”dan danışır. Bu ədalətsizlikdir!

Rəqəmsal zorakılıq – virtualda başlayıb, real həyatda iz buraxır.

Sükutun belə onlardan daha ləyaqətlidir, qardaşım. Amma unutma – hüquq qarşısında heç kim anonim deyil.

Nəticə: Vicdanın səsi

Qazilər – yaşayan şəhidlərimizdir.

Onları anlamaq, səhvlərini düzəltməyə yardım etmək, bu xalqın mənəvi borcudur.

Bu gün bu torpaqda işıq varsa, o, onların çəkdiyi ağrının işığıdır.

Unutmayın: Qazi olmaq səhvsiz olmaq deyil.
Qazi olmaq – Vətənə can verməkdir.
Vətənə can verənə ləkə atan, əslində Vətənin şərəfinə çamur atır.

Və bilin: O qaziyə sizin qədər, düşmənlər belə nifrət etmir. Onlar qorxur və susur. Sizsə danışırsınız, çünki rahatlıq içindəsiniz.

Qəhramanını linç edən cəmiyyət gələcəyini çürüdür.

Bu yazı hər kəsin vicdanına ünvanlanıb.
Qazilər susur.
Bəs biz?







Nigar ÖGEDAY
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}