Savadsız cəmiyyət dinə söykənər

19:30 13.07.2025 2 842






Rövşən ŞİRALIYEV






Orta əsrlərdə kimsə dinin cəmiyyətin, elmin inkişafına mane olduğunu düşünmürdü. Elə ki, Avropada dinin tərəqqiyə mane olduğunu başa düşdülər, dinə qarşı mübarizə başladı, dövlət dindən ayrıldı, din kilsələrə çəkilməyə məcbur edildi.

Avropada başlayan maarifçilik hərəkatı XIX əsrdə bizə də gəlib çatdı. Dahi Mirzə Fətəli Axundovla başlayan bu hərəkat coğrafiyamızda yeni dövrün başlanğıc nöqtəsi oldu. Azərbaycanda Axundovdan sonra yetişən Zərdabi, Seyid Əzim, N.Vəzirov, Haqverdiyev, Nərimanov, Sabir və s. onlarla zəkalı insan millətin şüurunun oyanması naminə maarifçilik hərəkatına başladı. Mətbuat, dünyəvi məktəb, teatr yaranma dövrünə qədəm qoydu. Bu böyük hərəkatın qarşısında xalqı əsrlərlə əsarət və qorxu altında saxlayan din ordusu məglub olmuşdu. Nə qədər müqavimət göstərsələr də, maarifçilik hərəkatı qarşısında aciz duruma düşmüşdülər.

Sovetlər dinə qarşı daha qəddar davrandı. Hətta, "Allahsızlar İttifaqı" yaratdı və dünən din yolunda özünü şəhid edən dindarlar qorxudan bu təşkilatın fəal üzvlərinə çevrildilər.

XX əsrin otuzuncu illərində ateizm dalğasının tuğyan etdiyi, repressiyaların şiddətləndiyi bir dövrdə Azərbaycan sovet ədəbiyyatının, elminin ən nəhəng simaları yetişməyə başladı. Elmə, ədəbiyyata bu böyük axın sovet hökumətinin diqqətindən yayınmadı. Müharibədən sonra dini qurumlar yenidən yaradıldı. Elmin, ədəbiyyatın inkişafı Azərbaycan aydınları arasında milli şüurun yenidən oyanmasına səbəb oldu. 60-cı illərdən bu proses start götürdü.

Nəhayət, sovetlərin çöküş dövrü gəlib çatdı. "Müstəqillik", "torpaqların suverenliyi", "milli ləyaqət", "milli dövlətin bərpası" kimi ideallar milyonlarla insanı ulularımızın qoyub getdiyi üç rəngli Bayraq ətrafında birləşdirdi, millətləşdirdi. Heç bir təriqət, din, etnik ayrı-seçkilik yox idi ortalıqda. Ən böyük amal AZADLIQ idi. Qurbanlar hesabına da olsa, bu azadlığı əldə etdik, amma imperiya və onun əlaltıları çarizmdən yadigar qalan "parçala, hökm sür!" siyasətini gerçəkləşdirə bildilər. Bölündük, çox yerə parçalandıq - həm dini, həm siyasi, həm reagioal mənsubiyyət, həm də mülkiyyət baxımından!.. Məscidlərin açılan qapıları, mənəviyyatımızı işgal edən ərəb missionerləri, İran əmmaməliləri dini düşüncə zəmimizə çəyirtkə kimi doluşdular...

Azərbaycan insanı arasında nə dünən, nə bu gün etnik qarşıdurma olmayıb, bu baxımdan Qafqaz dünyanın bir möcüzəsidir. Azərbaycan hamımızın vətənidir və olacaq da. Bu torpaga igidlərimizin tökülən qanları millət olaraq bizi daha da birləşdirib. Amma nə yazıqlar ki, dini baxışlar baxımından bu fikirləri söyləmək çətindir. Cəmiyyətimiz savadsızlaşdıqca, din mövqeyini möhkəmləndirdi. Artiq maarifçilik deyilən bir missiya yoxdur. Dindar kəsim öz radikallığı ilə maarifçiliyi susdura bilib və bunu sosial şəbəkələrdə görməmək mümkün deyil. Adi dini həqiqəti, tarixi faktı söyləyən kəslər, kimliyindən asılı olmayaraq, təhqirlərə məruz qalır.

Sosial-iqtisadi vəziyyət çətinləşdikcə, cəhalət, fanatizm çayır kimi sürətlə yayılmaqdadır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}