Utandım… Bir Daha Utandım...

22:34 19.07.2025 2 324


"Xərçəng" deyilən bir bəlanı yenmək üçün Elmlər Akademiyasının bağında iki dəyərli qələm sahibi – Əvəz Zeynallı və Kərəmət Böyükçöl kitab satır. Biri – Evez Zeynalli ölümcül düşmənə qarşı savaşır, digəri – Kəramət Böyükçöl körpə övladlarının çörəyini təmin etməyə çalışır. Onlar bu parkda iki gün dayanacaqlar; kitab satmaq üçün… sağ olmaq üçün… həyatda qalmaq üçün…

Utandım… Bir Daha Utandım...

Bu, 150 illik Azərbaycan mediasının gəldiyi nöqtədir. Qələm sahibləri artıq müalicə və bir tikə çörək üçün ayaq üstə küçələrdə dayanırlar. Onların arxasında durmalı olan Mətbuat Şurası, media qurumları, nazirliklər, fondlar haradadır? Bir ovuc duyarlı insan istisna olmaqla, hər kəs susur. Görməməzliyə vurur. Amma bu iki insan – hazırda kimyaterapiya qəbul edən Əvəz də, Kərəmət də – illərlə xalqın səsini dilləndirən, vicdanın hayqırtısını yazıya çevirən adamlardır. İndi isə xalq susur, vicdan susur, küçədə isə kitab satılır…

Bu il Azərbaycan mediasının 150 illiyidir. Mən də bu medianın 30 ildir bir parçasıyam. Türkiyədə yaşasam da, xalqımın, dövlətimin səsi olmaqdan heç vaxt bezmədim. Düzdür, bəziləri üçün media, sadəcə, dövlətdən və məmurlardan pul alan adamlardır. Amma media – xalqına, dövlətinə, vətəninə qarşılıq gözləmədən xidmət edən bir savaş meydanıdır. Həsən bəy Zərdabi və yol yoldaşları da belə idi. Aradan 150 il keçib, amma onlar ölməyib, yaşayırlar. O dövrdə ağaların pulu ilə danışan qəzet və jurnalların adını bu gün heç kim xatırlamır.

Demək istədiyim odur ki, yüz il sonra bu millətin övladları, bu 150 illik dövrdə "CİP"lərlə gəzənləri, pəncərəsi dənizə açılan imarətlərdə oturanları deyil, parkda kitab satan Kərəməti, Əvəzi xatırlayacaq. Çünki tarix pulla deyil, vicdanla yazılır.

Utandım! Bu ölkənin varlı torpaqlarında kasıb yaşayan insanlar adına utandım! Talana susub, sanki qəhrəmanmış kimi oğru məmurların ətrafında salam vermək üçün sıraya düzülənlərə görə utandım! Səsiylə deyil, soyunmaqla “sənətçi” olanlara alqış tutub, onlara pul xərcləyərək gedib dinləyənlər üçün utandım! Əxlaqı yox, bədəni ilə gündəmə gələnləri “uğur simvolu” kimi təqdim edib, onlarla şəkil çəkdirənlər üçün utandım. TikTok-da homoseksuallara milyonlarla pul atan, amma bir kitab almağa lüzum görməyən “üzlü” kişilər üçün utandım!

Qələm əyilirsə, cəmiyyət çökür. Yazar ayaqda kitab satırsa, sistem artıq yıxılıb. Əvəz və Kərəmət təkcə özləri üçün dayanmayıb, o parkda, onlar bizə güzgü tuturlar. Baxın, görün kimə çevrilmişik. Görün, bu millət öz vicdanlılarına necə sahib çıxmır!..

Bir az utanın! Bir az düşünün!..
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}