Pars rejimi

23:27 28.01.2023 1 866
Pars rejimi






Rovşən ŞİRALIYEV







Bu İran dediyimiz dövləti quranlar dövlət, din, mədəniyyət ogrularıdır, amma hiyləgər, strateji düşünən, siyasəti bacarandılar. Bir dövlət (Əhəmənilər) qurdular, 220 il yaşadı, İsgəndər darmadağın etdi. Beş yüz il keçdi, yenə dövlət qurdular - beş yüz ilə yaxın yaşayan Sasani imperiyasını yaratdılar, ərəblər süquta uğratdılar.

Soxulcan kimi "yerin altında yaşayıb”, movcudluqlarını qoruyub-saxlaya bildilər. Dövlətləri olmasa da, fars dilini yasatmaqla böyük bir coğrafiyanın mədəniyyətinə sahiblik etdilər. Osmanlı kimi imperiyanın ədəbiyyat dili fars dili oldu. Bu coğrafiya Qərb dövlətləri üçün Osmanlı imperiyası formalaşandan sonra daha əhəmiyyətli oldu . Hələ o zaman erməni faktoru yox idi, amma Xristian Bizans bu gün erməni vasitəsi ilə həyata keçirdiyi taktikanı öz imkanları daxilində həyata keçirirdi. Ağqoyunlu Uzun Həsənə Trabzon hökmdarı İohan Homnenin qızı Feodarini ərə verib, Osmanlı ilə vuruşdurdu. Həmin Feodara (Dəspinə) sonra Şah İsmayıl Xətainin nənəsi oldu, Marta adlı xanım isə oldu Aləmsahbəyim.

Ardı hər kəsə bəlli... Səfəvilər hakimiyyəti qurulandan müharibələr ara vermədi. Qərb hər zaman bu müharibələri körükləyirdi. Nəticədə Osmanlınin Böyük Çöllə əlaqələri kəsildi. Osmanlı bir türk qovmündən islam qövmünə çevrildi.. Fars isə öz işində idi. O, ölməmişdi. Nəhayət, XX əsrdə İran adlanan coğrafiyada ingilislərin əli ilə fars sülaləsinin hakimiyyətini - Sasani hakimiyyətini - bərpa etdilər. Min il hakimiyyətdə olub, türkluk düşüncəsini yada salmayan böyük toplumun "beynini yuyub ", səltənətlərini mohkəmlətdilər. Fars rejimi təhlükələrdən xilas olub, Qərb siyasətinə xidmət etdi, türk düşməni olduğunu sübut etdi. Tarix türkə bir dəfə 1514 - də şans vermişdi, o fürsəti əldən buraxan türk bir daha bu şansa sahib çıxa bilməyəcək. Qərb dünyası İranı parçalamağa qoymayacaq, İran Türk dünyasına “pərcimlənmis paz” kimi Qərbə lazımdır. İranı parçalamaq məqsədəuyğun olsaydı, İkinci Dünya savaşında bu, asanlıqla gerçəkləşə bilərdi. Amerika və Britaniya buna yol vermədi və verə də bilməzdi.

İndi biz də, İranda yel əsən kimi, İranın parçalanmasından, Vahid Azərbaycandan dəm vurub, feyziyab oluruq...

Nəticə etibarilə, düşündüyüm gerçəklik budur: ola bilər, İranda rejim dəyişər, amma İran adlanan dovlətin siyasəti dəyişməyəcək, bu dövlətdə Türk - Azərbaycan sevdası olmayacaq.

Bizim yolumuz dövlətimizi möhkəmləndirməkdir, demokratikləsdirməkdir, iqtisadi yüksəlişinə nail olmaqdır, xalqın rifaf halını yaxşılaşdırmaqdır.., Türkiyə ilə münasibətləri hərtərəfli inkişaf etdirməkdir. Nə qədər ki, vətəndaşımızın gözü Qumda, Məşhəddə, ağayi Xomneyinin cibində olacaq, nə qədər ki, vətəndaşımız bir dərman, bir həkim, bir torba ərzaq üçün İrana üz tutacaq, İranı özü üçün nicat yeri kimi görəcək, İran səfirliyimizə də quldurcasına basqın edəcək, ölkəmizin içində belə hər an təxribat da törədə biləcək.

Nicat yolu birliyimizdədir!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}