Rusiya Ukraynanın bu ərazilərindən imtina etməyə razıdır

12:24 14.08.2025 861
Rusiya Ukraynanın bu ərazilərindən imtina etməyə razıdır

ABŞ Prezidenti Donald Tramp 15 avqustda rusiyalı həmkarı Vladimir Putinlə keçiriləcək görüşdə Ukrayna əraziləri məsələsini müzakirə etməyəcək.

Xəbər verilir ki, bu barədə “NBC News” və “CNN”ə danışan məlumatlı mənbələr məlumat verib.

Onların sözlərinə görə, Tramp ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə keçirdiyi onlayn konfrans zamanı bildirib ki, o, şərtsiz atəşkəsə nail olmağa çalışır.

Bununla yanaşı, Ağ Ev rəhbəri və Avropa liderləri bu qənaətə gəliblər ki, sülh danışıqları yalnız atəşkəs əldə olunduqdan sonra başlaya bilər və Ukrayna ərazilərin gələcəyi və sülh şərtlərinin müəyyən edilməsində mütləq iştirak etməlidir.

ABŞ Prezident Administrasiyasında çalışmış adının çəkilməsini istəməyən bir məmur “CNN”ə bildirib ki, Tramp müttəfiqləri öz tərəfində saxlamağa üstünlük verir, lakin Putinlə görüşdə hər şey baş verə bilər.

Onlayn konfrans zamanı, əgər Tramp və Putin arasında danışıqlar istənilən kimi keçməzsə, Rusiyaya qarşı yeni məhdudiyyətlər və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi də müzakirə edilib. Lakin Tramp bu barədə heç bir vəd verməyib.

Eyni zamanda, danışıqlar uğurla nəticələnərsə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi üçtərəfli görüşün artıq gələn həftə keçirilə biləcəyini istisna etməyib.

“Wall Street Journal”ın mənbələri isə iddia edir ki, Putin Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərindəki ərazilərdən imtina etməyə hazırdır, lakin bunun əvəzində ABŞ-nin onun artıq Rusiya torpağı elan etdiyi əraziləri rəsmi şəkildə tanımasını istəyəcək.

Xatırladaq ki, Tramp və Putin 15 avqustda Alyaskada görüşəcəklər.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}