Əbülfəz Qarayevin qızının çəkdiyi filmə qadağa qoyuldu

18:16 4.12.2025 840
Əbülfəz Qarayevin qızının çəkdiyi filmə qadağa qoyuldu

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın adı ətrafında qalmaqal yaranıb. Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura rejissoru və ssenari müəllifi Suad Qarayeva olan “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub.

Məlum olub ki, filmdə 12-ci əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilib. Ekran əsərində Məhsəti Gəncəvi dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Suad Qarayeva bildirib ki, film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir.

Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub.

Lakin Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura hesab edib ki, bu filmdə etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Bu səbəblə Bakıda onun nümayişinə qadağa qoyulub.

Becan.az Bakupost.az-a istinadla xəbər verir ki, Suad Qarayeva Əbülfəs Qarayevin yeganə övladıdır.

O, Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsi almaqla incəsənət aləminə qədəm basıb.

Hazırda Londonda yaşayan S.Qarayeva bu şəhərdəki məşhur "Sotheby's" Hərrac Evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə də kurator direktorudur.

Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva-Maleki soyadını qəbul edib.

Onu da bildirək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə, eləcə də Rusiyada Əbülfəs Qarayevin ailə üzvlərinə, o cümlədən Suad Qayarevaya məxsus şirkətlər fəaliyyət göstərir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}