Sanal dünyanın kölgəsindən kağızın işığına

18:44 4.12.2025 3 122






Nigar ÖGEDAY ABDULLAZADƏ






Uzun müddətdir sosial medianın səs-küylü meydanında nəfəs almağa çalışırdım. Buna baxmayaraq, bir gün özümə bir söz verdim: Bundan belə siyasəti yalnız köşələrimdə yazacağam. Oxuyan düşünəcək, anlamayan keçib gedəcək. Onsuz da bu virtual aləmdə sözün yükü itdi, həqiqət alqoritmlərin soyuq dişliləri arasında əzilib toza dönür.

Burada hər kəs hər şeyin alimi kimi görünməyə çalışır. Heç bilmədiyini belə bilirmiş kimi danışanlar çoxaldıqca, susanların dəyəri azaldı və azalır. Bir foto ilə adamı qəhrəman edən də, bir cümlə ilə onu linç edən də bu mexaniki meydandır.

Sosial media insanların kölgələrini böyüdür, özlərini isə kiçildir.

Amma kitab…
Kitab insanın özüdür, nəfəsidir, tarixə atdığı imzasıdır.
Səhifəyə düşən hər cümlə zaman qarşısında imtahana çəkilir. Yalan burada yaşaya bilmir – çünki zaman yalanı tanımaz, onu əzib keçər. Sosial media bir günün içində xatırlanmaz, kitab isə əsrlərin içində belə unudulmaz.

Sanal dünya bir xəyal kimidir – real görünür, amma toxunsan dağılar. Burada həqiqətlər çarpazlaşır, qatil qəhrəmanlaşdırılır, əsl qəhrəmanlar isə unudulmuş bir küncə atılır. Bir də baxırsan, yüz minlərin izlədiyi biri sabah heç kimin yadına düşmür.
Amma kağızda yazılanlar gələcəyin yaddaşında yaşayır – çünki kitab insanı deyil, həqiqəti qoruyur.

Bu səbəbdən bir gün bütün yaşadıqlarımı, maskaların arxasındakı simaları, sosial mediada qurulan teatr səhnələrini toplayıb kitaba çevirəcəyəm. Bu kitabda bağlanan hesabların, susdurulan səsələrin, görünməyən təzyiqlərin, “qəhrəman” qutusuna qoyulan saxta simaların hamısı olacaq.

Çünki gələcək nəsillər bilməlidir:
Sosial media həqiqəti deyil, görüntünü böyüdür. Həqiqətin özü isə kağızın sükutunda gizlənir.

Bir ekran söndüyü anda buradakı bütün fırtınalar dayanır. Amma bir kitabın içində yazılan fırtınalar yüz illər boyu davam edir.

Bəziləri üçün bu platforma həyatın özüdür, mənim üçünsə, sadəcə, zaman tələsi…

Həqiqət isə hələ də kağızın qoxusunda, mürəkkəbin izində, köhnə bir kitabın səssizliyində yaşayır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}