Vergi güzəştləri ləğv edilir, gəlirləri artırılır...

12:00 10.12.2025 1 029
Vergi güzəştləri ləğv edilir, gəlirləri artırılır...

"2026-cı ilin dövlət büdcəsinin ən mühüm yeniliklərindən biri Dövlət Neft Fondundan edilən transfertlərin azaldılmasıdır. Bu addım hökumətin neft gəlirlərindən asılılığı tədricən minimuma endirmə siyasəti kimi qiymətləndirilir".

Bu sözləri mətbuata açıqlamasında iqtisadçı Xalid Kərimli Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin üçüncü oxunuşda qəbul edilməsi haqda danışarkən deyib.

O bildirib ki, bir sıra mövcud vergi güzəştləri ləğv edilir, tütün və spirtli içkilərə aksizlərin artırılması nəzərdə tutulur:

“Bununla yanaşı, gəlir vergisinə tətbiq edilən güzəştlər də növbəti üç il ərzində tam şəkildə aradan qaldırılacaq. Bu dəyişikliklər vətəndaşların büdcənin formalaşmasında rolunu artıracaq və vergi yükü hiss ediləcək dərəcədə yüksələcək”.

İqtisadçı vurğulayıb ki, 2026-cı ildən etibarən hökumət işləməyən və ya rəsmi işi olmayan şəxslərin icbari tibbi sığorta haqlarını artıq dövlət büdcəsindən ödəməyəcək. Bu kateqoriyaya aid şəxslər tibbi sığorta ödənişlərini özləri qarşılamalı olacaqlar.

“Azərbaycanın pensiya qanunvericiliyinə əsasən, pensiyalar hər il orta aylıq maaşın artım tempinə uyğun indeksləşdirilir. 2026-cı ildə pensiyaların təxminən 9.2–9.3% artırılması gözlənilir. Sosial müdafiə sahəsində də dəyişikliklər var: yaşayış minimumunun yüksəlməsi fonunda ünvanlı sosial yardımın təxminən 5.3% (yəni 15 manat civarında) artırılması planlaşdırılır”, - deyə o qeyd edib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}