Yeni tikiləcək 21 peşə məktəbi hansı rayonları əhatə edəcək?.. - AÇIQLAMA

12:59 10.12.2025 2 205
Yeni tikiləcək 21 peşə məktəbi hansı rayonları əhatə edəcək?.. - AÇIQLAMA

Azərbaycanda peşə təhsili sisteminin inkişafı ilə bağlı yeni addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2026-2030-cu illəri əhatə edən dövrdə müasir standartlara uyğun 21 yeni peşə məktəbinin inşası nəzərdə tutulur. Sənəddə həmçinin 2 mövcud peşə təhsili müəssisəsinin əsaslı təmirinin təmin edilməsi də nəzərdə tutulur.

Bu xüsusda, əsasən hansı bölgələrimizdə belə peşə təhsil müəssisələrinin tikintisinə, eləcə də yeni tikiləcək peşə təhsil müəssisələrində hansı ixtisasların tədrisinə ehtiyacın olması məsələsi gündəmə gəlir.

Mövzu ilə əlaqədar mediaya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin peşə təhsili sisteminin inkişafı ilə bağlı imzaladığı yeni Sərəncam, sadəcə təhsil infrastrukturu ilə bağlı qərar deyil:

“Sərəncam Azərbaycanın regional inkişaf strategiyasının, sənayeləşmə xəttinin və insan kapitalının gücləndirilməsi prosesində yeni mərhələ hesan oluna bilər. 2026-2030-cu illərdə 21 yeni peşə məktəbinin tikilməsi ölkənin hər bir iqtisadi zonasının spesifik tələblərinə uyğun kadr hazırlığını təmin edilməsinə yönəlib”.

Deputat bildirib ki, yeni peşə təhsili müəssisələrinin yerləşdirilməsi zərurəti daha çox Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özünü göstərir:

“Bərpa prosesinin miqyası, infrastruktur layihələrinin həcmi, tikinti, logistika, enerji, aqrar istehsal kimi sahələr üzrə kadr çatışmazlığı bu ərazilərdə lokal peşə hazırlığına böyük ehtiyac yaradır. Eyni zamanda Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Lənkəran-Astara, Quba-Xaçmaz və Şəki-Zaqatala zonalarında mövcud sənaye potensialın genişlənməsi, aqrar emal sahələrinin artması və turizm potensialının yüksəlməsi bu bölgələrdə də yeni peşə məktəblərinin açılmasını zəruri edir. Naxçıvan da sərhəd ticarəti, logistika və sənaye parkının inkişafı baxımından peşəkar mütəxəssislərə artan tələbatla üzləşir”.

E.Mirzəbəyli eyni zamanda təmsil etdiyi Ağsu rayonunun adının vurğulanmasının da tamamilə əsaslı olduğunu diqqətə çatdırıb:

“Ağsu coğrafi-strateji mövqeyinə, logistika imkanlarına və iqtisadi diversifikasiya potensialına görə mərkəzi rayonlardan biridir. Rayon həm Şamaxı–İsmayıllı turizm marşrutunun, həm də Cənub və Aran bölgələrinə açılan nəqliyyat qovşağının üzərində yerləşir. Son illərdə Ağsuda kənd təsərrüfatının, xüsusilə bağçılığın, üzümçülüyün, taxılçılığın genişlənməsi müasir aqrotexniki biliklərə malik kadrlara ehtiyacı artırıb. Regionda texniki sahələr üzrə mütəxəssis qıtlığı həm istehsal prosesində, həm də kənd təsərrüfatı avadanlıqlarının təmiri və istismarında problemlər yaradır. Bununla yanaşı, Ağsu və ətraf rayonların gənc əhalisinin say baxımından artması, lakin yüksək ixtisaslı işçi qüvvəsinin regiondan kənara axını burada yerli peşə təhsil müəssisəsinin yaradılmasını daha da zəruri edir. Ağsuda açılacaq müasir peşə məktəbi həm regional əmək bazarını, həm də Şamaxı, Qəbələ, Kürdəmir və Göyçay kimi qonşu rayonları əhatə edən daha geniş bir iqtisadi zolağın kadr tələbatını qarşılaya bilər. Bu məktəb turizm-servis, aqrotexnologiya, logistika, elektrik təsərrüfatı, avtomatlaşdırma, yol-infrastruktur xidmətləri və xidmət sektoru üzrə müasir ixtisasların tədrisi baxımından real ehtiyaclara cavab verə bilər”.

Deputat həmçinin vurğulayıb ki, yeni tikiləcək peşə məktəblərində ixtisasların müəyyənləşdirilməsi isə ölkənin iqtisadi modelində gedən struktur dəyişikliklərini əks etdirməlidir:

“Sənaye avadanlıqlarının texniki xidməti, elektrik və enerjidaşıyıcı sistemləri üzrə mütəxəssislər, metal-konstruksiya və qaynaq ustaları, mexatronika və avtomatlaşdırma texnikləri hazırda ən çox tələb olunan sahələrdir. Rəqəmsal iqtisadiyyatın genişlənməsi IT, şəbəkə inzibatçılığı, kibertəhlükəsizlik və proqram təminatının test edilməsi üzrə peşəkar kadrlara ehtiyacı artırır. Aqrar sahə üçün mexanizatorlar, aqrar dron operatorları, aqrotexniki mütəxəssislər, emal və logistika üzrə kadr hazırlığı xüsusi prioritetdir. Qarabağ regionunda sürətli infrastruktur quruculuğu gedən bir dövrdə inşaat üzrə texniki mütəxəssislərə, geodeziya üzrə köməkçilərə, yol inşaatçıları və kommunikasiyaların quraşdırılması üzrə texniki heyətə tələbat yüksəkdir. Turizmin inkişafı nəzərə alınaraq bələdçilik, otelçilik, qonmaqlama və kulinariya üzrə ixtisaslar da tədris olunmalıdır”.

E.Mirzəbəyli onu da əlavə edib ki, bu prosesin effektivliyi üçün peşə məktəbləri sənaye parkları və iri müəssisələrlə birbaşa əməkdaşlıq etməli, dual təhsil modeli geniş tətbiq olunmalı, tədris modul əsaslı və çevik olmalıdır:

“Müəllim çatışmazlığını aradan qaldırmaq üçün sənaye sahələrindən mütəxəssislər tədris prosesinə cəlb oluna bilərlər. Qarabağ və Şərqi Zəngəzurda isə peşə məktəbləri sürətləndirici kadr mərkəzi funksiyasını yerinə yetirə bilər.

Ümumilikdə, yeni 21 peşə məktəbinin açılması Azərbaycanın iqtisadi modernləşməsinin, qeyri-neft sektorunun inkişafının və regionların ixtisaslaşmış kadr potensialına olan təlabatının ödənilməsinin strateji əsasını təşkil edir. Bu çərçivədə Ağsu kimi regionların da prioritet ərazilərin siyahıyısına daxil edilməsi həm real tələbat, həm də sosial-iqtisadi inkişaf baxımından tamamilə məqsədəuyğundur”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}