Qayğıdan kənarda qalan Rəfael Ağayevin gileyi və həyat yolundan qısa məqamlar

18:44 10.12.2025 1 351
Qayğıdan kənarda qalan Rəfael Ağayevin gileyi və həyat yolundan qısa məqamlar

Karate üzrə 11 dəfə Avropa, 5 dəfə Dünya çempionu olan, Azərbaycanın Olimpiya tarixində karate üzrə ilk medalçısı, "Qara Brilyant" ləqəbi ilə tanınan Azərbaycan karateçisi Rafael Ağayev son günlər Azərbaycan Karate Federasiyasının laqeydliyindən gileylənir.

Sosial şəbəkələrdə diqqətdən kənarda qaldığını bildirən tanınmış idman ustası Rəfael Ağayev bildirib ki, idman sahəsində bu qədər xidmətlərinin olmasına, ölkəyə çox sayda qızıl, gümüş və digər əyarlı medallar gətirməsinə və Azərbaycan gəncliyi üçün idman sahəsində məşqçi kimi həyata keçirtmək istədiyi böyük arzularının olmasına baxmayaraq, hazırda ağrıyan ayağına vurmağa iynə-dərman tapmır. "Qara Brilyant" xüsusilə Azərbaycan Karate Federasiyasının onunla maraqlanmadığını vurğulayıb...

Azərbaycanın idman tarixində dünya səviyyəsində əvəzsiz nailiyyətlərə imza atmış, adını Ginnesin Rekordlar Kitabına yazdırmağı bacarmış karate ustasının son durumundan təəssüflənərək oxucularımıza onun həyat yolu ilə bağlı bəzi məlumatları çatdırmağı özümüzə borc bildik ki, mövcud vəziyyət daha aydın olsun.

Beləliklə:

- Rafael Ağayev 4 mart, 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

- İlk müəllimi tanınmış karate ustası və məşqçi Rafael Məmmədov olub. Rafael Ağayev bununla bağlı aşağıdakıları qeyd edir:

"Yeddi yaşımda ilk dəfə Brus Li filmlərinə baxdım və dərhal karateyə aşiq oldum. Və atamdan məni karate bölməsinə göndərməsini xahiş etməyə başladım. Atam peşəkar idmançı olub, "Polad" (Sumqayıt) futbol komandasında çıxış edib. O, məndən həqiqətən futbolla yox, karate ilə məşğul olmaq istəyib-istəmədiyimi soruşdu və qəti cavabımı eşidəndən sonra məni ilk məşqçim Rafael Məmmədovla karate bölməsinə apardı".

- O, 2003-2007-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

- Rafael Ağayev fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Ginnesin Rekordlar kitabına düşüb.

- O, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarında finala yüksələrək gümüş medal qazanıb və Azərbaycanın Olimpiya tarixində karate üzrə ilk medalçısı olub.

- Döyüş üslubunun sərtliyi, qətiyyəti və karate texnikasının mükəmməlliyi səbəbilə ona "Qara Brilyant" ləqəbi verilib.

- Onun ən böyük arzularından biri ölkəmizdə karate məktəbi açmaq və orada şəhid övladlarından Avropa və Dünya çempionları yetişdirməkdir.

Azərbaycan karate idman tarixinə böyük şöhrət qazandırmış Rəfael Ağayevə can sağlığı arzulayırıq və ümid edirik ki, idman ustamız aidiyyatı təşkilatlar tərəfindən haqq etdiyi diqqət və qayğını görəcək.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}