Saxta yolla imtahandan keçmiş tələbələr məktəblərdən xaric olunacaqlar

11:47 18.12.2025 1 344
Saxta yolla imtahandan keçmiş tələbələr məktəblərdən xaric olunacaqlar

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmləri bəzi abituriyentlərin cavablarını şübhəli hesab edib. Araşdırmalar nəticəsində Gəncə şəhərində keçirilən qəbul imtahanında bir qrup abituriyentin üzərində qadağan olunmuş texniki vasitələr aşkarlanıb. İstintaq materiallarına əsasən, Kamran Əsədov və digər təqsirləndirilən şəxslər abituriyentlərin imtahanlardan asan keçməsi üçün onlardan pul alaraq qadağan olunmuş cihazlardan istifadə etməyə kömək göstəriblər.

Belə olan halda həmin tələbələrin aqibəti necə olacaq? Əgər ötən illərdə də belə hallar baş veribsə, artıq məzun olmuş şəxslərin diplomları ləğv olunacaqmı?

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, qanunsuz əməllər törədən abituriyentlərin imtahan nəticələri ləğv olunur:

"Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 193 nömrəli qərarı ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Həmin qərarda açıq şəkildə göstərilir ki, abituriyent imtahana kalkulyator, elektron cihazlar, köçürmə vərəqləri, cədvəllər və digər qadağan olunmuş vasitələrlə daxil olarsa, onun imtahan nəticələri şübhəsiz ləğv edilir. Bu proses çərçivəsində adı çəkilən abituriyentlərin nəticələri birbaşa ləğv olunacaq. Əgər həmin şəxslər artıq tələbə adı qazanıblarsa, universitetlərdən xaric ediləcəklər. Çünki onlar saxta yolla və dövlət qanunlarını pozaraq ali təhsil müəssisələrinə daxil olublar”.

Sabiq deputat vurğulayıb ki, sözügedən proses valideynlər üçün dərs olmalıdır:

"Bütün bu faktlar və əvvəllər də baş vermiş barışmaz və neqativ hallarla mübarizədə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin bu prosesdə peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, bu proses valideynlər üçün də mühüm mesajdır. Onlar avantürist vədlərə inanaraq bu cür qanunsuz yollara qoşulmamalıdırlar. Əgər övladların biliyi zəifdirsə, valideynlər peşə təhsili müəssisələrinə üstünlük verməlidirlər. Peşə təhsilinə hazırda böyük tələbat var”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}