Vaxtilə susanlar niyə indi qayğı axtarır?..

11:18 27.12.2025 2 310




Yalçın İSLAMZADƏ





Keçmiş idmançıdır, deyir "Artıq məni iclaslara çağırmırlar, qərar alanda fikrimi soruşmurlar, xəstələnirəm, müalicə etmirlər".

Xalq artistidir, 50 il aktiv fəaliyyəti olub, deyir "80-i haqlamışam, 10 ildir pensiyadayam, itirib-axtaran, mükafat verən yoxdur, jurnalistlər məndən müsahibə götürmürlər".

Sabiq-tanınmış müğənnidir, deyir "Dövlət mənim müalicəmi öz üzərinə götürsün, mənimlə maraqlanan yoxdur, həkimə xərcim çıxır".

Sosial şəbəkə sakinləri də intensiv şəkildə belə çıxışları dəstəkləyirlər, "Dövlət meyyxananı qorumalıdır, artistə-müğənniyə heykəl qoymalıdır, yüksək təqaüd verməlidir" və sairə. Desən ki, sənətkarın tamaşasına get, ona dəstək ol, deyəcək "Yox, mənim sənətlə işim yoxdur, sosial şəbəkədə artistlik edirəm, dövlət etməlidir".

Jurnalistlərdən dəstək gözləyənlərin mütləq əksəriyyəti ömründə qəzetə 40 qəpik verməmiş şəxslərdir. İşləri qaydasında olanda, heç kimin yadına şikayət etmək düşməyib.

Deməyiblər ki, "Dövlətin normal pensiya siyasəti olmalıdır, hamı üçün". Vəziyyətləri yaxşı olanda susublar, vəziyyətləri çətinləşəndə özlərinə fərdi qayğı tələb edirlər.

SSRİ idarəetməsi sənəti alət kimi istifadə etdi - "İnsanları kolxozda-sovxozda-tarlada səhərdən axşama qədər qəpik-quruşa işləməyə necə təşviq edək?"


Üsullardan biri qızmar günəş altında tarlada zülüm çəkən insanın xoşbəxt obrazını yaratmaq idi - "İnsanlar gülərək-oynayaraq pambıq yığırlar və bu, onların həyatlarının ən mənalı fəaliyyətidir".

İkinci üsul nə qədər orden-medal, qramota, fəxri-fərman, bayraq-plakat təsis etmək idi. O dəmir-dümürə çəkilən xərci mükafat kimi versəydilər, zəhmətkeş üçün daha faydalı olardı.

Köhnə sənətkarlar daxili motivasiya hesabına hobbiləri ilə məşğul ola bilmirlər, çünki yoxdur. Sovet insanı anlamışdı ki, sovet sənəti onlar üçün tələdir, onları aldadıb daha çox istismar etməyə və istismar olunmağı sevməyə hesablanıb. Ona görə də özlərinə maraqlı olan sənətlə maraqlanırdılar - Qərb estradası və ya hind kinosu.

Zəhmətkeşləri istismar etmək üçün faydalı vasitə hesab etdikləri sənətlərin icraçılarına, sənətkarlara zəhmətkeşdən qat-qat artıq ödəniş edirdilər. Vasitəçi icraçıdan daha yaxşı yaşayırdı və ələbaxan öyrənirdi.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}