Diaspor fəaliyyətinə sədaqətin təntənəsi: Nigar Ögeday təltif olunub

18:28 29.12.2025 1 652
Diaspor fəaliyyətinə sədaqətin təntənəsi: Nigar Ögeday təltif olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan və uzun illərdir milli maraqlarımızın müdafiəsində fəal iştirak edən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Bu ali dövlət mükafatına Türkiyədə yaşayan jurnalist, yazar və tərcüməçi Nigar Ögeday da layiq görülüb.

Uzun illərdir media sahəsində, ictimai platformalarda və diaspor mühitində Azərbaycan həqiqətlərini yorulmadan işıqlandıran Nigar Ögeday bu təltifin onun üçün həm qürurverici, həm də gözlənilməz olduğunu bildirib.

Nigar Ögeday deyib:

“Bu ada məni layiq görən dövlətimə, ölkə başçımıza, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Komitənin bütün əməkdaşlarına və Türkiyə–Azərbaycan dərnəkləri federasiyasına sonsuz təşəkkürümü bildirirəm. Məni tanıyanlar yaxşı bilir ki, mən vətənimə və millətimə xidmətdə heç vaxt qarşılıq gözləməmişəm. Bundan sonra da eyni düşüncə ilə yoluma davam edəcəyəm. Bu medal mənim üçün sürpriz oldu”.

O, eyni zamanda media nümayəndələrinin Azərbaycan mətbuatının 150 illiyi münasibətilə təltif edilməsinə də toxunaraq, bu mükafata layiq olan çox sayda dəyərli qələm sahibinin olduğunu vurğulayıb və təltif olunanları ürəkdən təbrik edib.

Nigar Ögeday səmimi etiraf edib ki, bu yola çıxarkən qarşısında asan yol olmadığını bilirdi:

“Bu yola çıxanda daşlı-kəsəkli bir yol olduğunu bilə-bilə ayaqyalın yeriməyə başladım. Özüm üçün heç vaxt mükafat gözləməmişəm”.

Xüsusi diqqət çəkən məqamlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun medal təqdimatı zamanı söylədiyi fikirlər olub. Fuad Muradov qeyd edib ki, Nigar Ögeday zaman-zaman onu da tənqid edib, lakin bu tənqidlər qərəzli olmayıb, gördüyü yanlışlara əsaslanıb:

“Biz də çalışmışıq ki, qaldırdığı məsələlərin həllini tapaq. Tənqiddən qorxmaq olmaz. Doğru tənqid tərəqqidir”.

Bu yanaşma sağlam tənqidə açıq dövlət–diaspor münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilir.

Nigar Ögeday təşəkküründə Prezident İlham Əliyevi, Fuad Muradovu və komandası — Pərviz Məmmədzadəni, Cavid İsmayılı, Kenan Məmmədovu və Diaspor Komitəsinin digər əməkdaşlarını xüsusi qeyd edib. Bununla yanaşı, o bildirib ki, onun üçün ən böyük mükafat 5 il öncə Qarabağın azad olunmasıdır:

“Artıq heç bir mükafat məni bu qədər sevindirə bilməz. Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna və xalqımıza minnətdaram".

Nigar Ögeday bu medalı təkcə öz adına deyil, ətrafında bu ada layiq olan çox sayda insanın adında qəbul etdiyini vurğulayıb. O, Roza İbadova Kocamaz, Məhsəti Şərif, Cəvahir Əhmədova, İsa Ambarcı kimi Azərbaycan mədəniyyətinə və diaspor fəaliyyətinə böyük töhfələr vermiş şəxslərin adını xüsusilə qeyd edib və gələcəkdə onların da bu ali mükafata layiq görüləcəyinə ümid etdiyini bildirib.

Xüsusən Roza İbadovanın fəaliyyətində həyat yoldaşının dəstəyini vurğulayan Nigar Ögeday, qeyd edib ki, Roza 10 ildir Türkiyədə fəaliyyət göstərir və keçirdiyi tədbirlərin çoxunda həyat yoldaşının dəstəyi ilə çalışır, həmçinin ehtiyacı olan ailələr üçün şəxsi resurslarını səxavətlə xərcləyir. Bu səbəbdən medalın bir hissəsi Roza İbadovaya və onun davamlı səylərinə də ithaf olunur.

Eyni zamanda, təltif olunanlar sırasında yer alan Eşref Tuna da xüsusi hörmətlə xatırlanıb. Nigar Ögeday qeyd edib ki, 15 ildir İzmir şəhərində yaşadığı müddətdə bu insanların İzmir-Azərbaycan Kültür və Dayanışma Dərnəyi çərçivəsində daim Azərbaycanın haqq davasının yanında olduqlarının şahidi olub.

Mükafat bir sədaqətin davamıdır

Nigar Ögeday çıxışı zamanı mərhum dərnək başqanları Mülazim Paşa və Seyfəddin Ayakyayını da dərin ehtiramla anıb. O bildirib ki, bu mükafatı onların əziz xatirəsinə ərmağan edir. Hər iki mərhumun rəhbərlik etdiyi dərnəklərin təşkil etdiyi tədbirlərə dəfələrlə dəvət aldığını və həmin platformalarda Azərbaycanın səsi olmağa çalışdığını xüsusi vurğulayıb.

Həmçinin, Nigar Ögeday qeyd edib ki, bu mükafat onun üçün təkcə şəxsi dəyər daşımır:

“Bu medalı həm də düşmən işğalı altında qalan ata yurdum üçün, yəni Qərbi Azərbaycan uğrunda apardığımız haqq mübarizəsi naminə qəbul edirəm".

Sonda Nigar Ögeday bir daha dövlətinə minnətdarlığını ifadə edərək, vurğulayıb:
Diaspor fəaliyyəti onun üçün təltif görə deyil, Vətən üçün aparılan bir mübarizədir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}