Şagird: Mənim corabımın qiyməti müəllimin maaşından çoxdur

13:26 7.02.2026 1 127
Şagird: Mənim corabımın qiyməti müəllimin maaşından çoxdur

Jalə HƏSƏNLİ

Şəxsiyyətinə hörmət etdiyim, sözünə etimad göstərdiyim müəllimin birindən bir dəfə heç vaxt unuda bilməyəcəyim bir söz eşitmişdim. Bakı liseylərindən birində təhsil alan şagirdlərdən biri müəlliminə deyibmiş ki, mənim corabımın qiyməti, sənin maaşından çoxdur! Bəli, elə bu cür…

Uzun bir müddət bu cümlənin təsiri altında qalmışdım. Düşündüm ki, görəsən, o müəllimin sonrakı aqibəti necə olub? Qalıb davam edib, yoxsa birdəfəlik bu peşədən uzaqlaşıb?

Birincisi, müəllim cəmiyyətin əsas sütunlarından biridir. Müəllimin maaşı ilə kiminsə corabının qiymətini müqayisə etmək, əslində, biliyə, zəhmətə və əxlaqa hörmətsizlikdir. Bu, var-dövlətin insanın dəyərini müəyyən etdiyini düşünən səthi və təhlükəli düşüncə tərzinin göstəricisidir.

İkincisi, bu cümlə uşağın təkcə öz tərbiyəsini yox, onu yetişdirən mühitin də problemli olduğunun göstəricisidir. Çünki belə sözlər adətən ailədə, ətrafda, sosial mühitdə eşidilən yanlış üstünlük anlayışlarının təkrarı olur: “pul = hörmət”, “bahalı = dəyərli”. Ən acınacaqlısı isə odur ki, burada alçaldılan bir müəllim yox, əslində gələcəyin özüdür. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin intellektual və mənəvi kasıblığına aparır.

Məlum hadisədən sonra fikirləşdim ki, görəsən, o şagirdin də valideynləri “corabı bahalı”lardan imiş? …

Söhbət müəllimlərdən açılmışkən, gəlin, sizə illər öncə şahidi olduğum bir hadisədən danışım. İngilis dilindən hazırlığa gedirdim. Qrupda olan uşaqlardan birinin test kitabı yox idi. Növbəti dərsdə müəllim təzə alınmış test kitabını gətirib stolun üzərinə qoydu. Dedi bu gün kim yaxşı cavab versə, bu kitab onun olacaq. Qrupda dörd nəfər idik, üçümüzün isə kitabı var idi. Artıq anlamışdıq ki, müəllimimiz onu utandırmamaq üçün kitabı bu yolla ona vermək istəyir. Həmin gün biz “yaxşı cavab verə bilmədik”, ….. isə test kitabını qazandı. Biz də o müəllimi qazandıq.

Haqqında danışa biləcəyim o qədər dəyərli müəllimlərim var ki…

Mənfilərini unutmadığım, “müəllim olsam, heç vaxt belə müəllim olmayacağam” dediyim müəllimimiz də olub, əlbəttə… Bəlkə bir gün onun bullinqə məruz qoyduqlarından danışaram.

Amma bu gün… Bu gün yaxşı müəllimlərim keçib gözümün önündən. Bu gün onlar üçün darıxdığımı hiss etdim. İstər orta məktəbdə, istər universitetdə, istərsə də bu peşədə. Yoluma işıq saçan müəllimlərim çox olub. Onların sayəsində bu gün öz ayaqlarım üzərində daha möhkəm dayana bilirəm. Məktəb illərimin dəyərli müəllimlərini, universitet illərində qazandığım pedaqoqlarımızı birləşdirən isə ortaq bir cəhət var idi. Onlar bizi sevirdilər. Bəlkə də bizdən də çox, onlar bu müqəddəs peşəni sevirdilər.

Sonda…
Filankəsin oğlu, bəhmənkəsin nəvəsidir, ona heç nə olmaz deməyin. Nə nazirlərin, nə aparat rəhbərlərinin, qılıncının önünün-arxasının kəsdiyi kimlər, kimlər əməllərinə görə cəzalandırılıblar. O açılan atəşin də cavabı cəzasız qalmayacaq.

Allah övladlarımızın yolunu xeyirli insanlarla kəsişdirsin!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}