Məşhur kollec direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar... - YENİLƏNİB

17:14 18.02.2026 1 246
Məşhur kollec direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar... - YENİLƏNİB

"Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımovun oğlu övladlarına aliment verməkdən yayınır".

Becan.az xəbər verir ki, bu sözləri Oxu.az-a N.Kazımovun keçmiş gəlini, üç uşaq anası Jalə Süleymanlı deyib. Şikayətçi iddia edir ki, həyat yoldaşından 2020-ci ildə ayrılsa da, alimentlə bağlı məhkəmələrdə süründürülür. Buna səbəb isə onun keçmiş qayınatasının tanınmış şəxs olmasıdır:


"2014-cü ildə Nazim Kazımovun oğlu Niyazi Kazımovla ailə həyatı qurmuşam. Birgə nikahdan üç qız övladımız dünyaya gəldi. 2020-ci ildə ailədaxili mübahisələrimiz başladı və nəticədə ayrıldıq. Məhkəmənin qərarına əsasən, uşaqlar mənim himayəmdə qaldı, onların bütün maddi və mənəvi qayğısı tamamilə mənim üzərimə düşdü. Məhkəmə uşaqlara 18 yaşına qədər aliment tələbimi qismən təmin etdi və minimum aliment 170 manat olduğu halda, hər uşağa 120 manat təyin edildi. 2022-ci ildə alimentin artırılması tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Müraciətdə cavabdeh şəxsin gəlirlərinin 50 faizi qədər alimentin tutulmasını istədim. Bunun üçün Nəsimi Rayon Məhkəməsinə Niyazi Kazımovun, yəni uşaqların atasının milyonluq obyektlərini və onlardan əldə etdiyi qazanc məbləğini sənədlərlə göstərdim. Lakin aliment tələbim yenə qismən təmin olundu. Niyazi Kazımovun formal əmək haqqını əsas gətirərək, hər uşağa 193 manat aliment təyin edildi".


Jalə Süleymanlı 2026-cı ildə yenidən məhkəməyə müraciət edərək, alimentin indeksləşdirilməsini istəyib. Amma bu dəfə də keçmiş qayınatasının təzyiqi ilə üzləşib:

"Yanvarın 4-də Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Hakim Müseyib Bayramov iddiamı tam təmin etdi. Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2026-cı il tarixli qərarı ilə hər uşağa ölkə üzrə minimal əmək haqqının 0.74 faizi məbləğində - hər uşağa 296 manat aliment təyin olundu. Amma bu da çox çəkmədi. Cəmi iki gün sonra məhkəmə mənə xəbərdarlıq etdi ki, qərar dəyişdirilməlidir. Qərardan könüllü imtinamı istəsələr də, bunu etmədim. Nəticədə məhkəmə qərarı ləğv edərək, alimentin məbləğini minimum əmək haqqının 0.68 faizinə endirdi. Bununla da hər uşağa düşən alimentin məbləği 272 manat müəyyənləşdirildi".

Jalə Süleymanlı bildirir ki, qərardan apellyasiya şikayəti verib:

"Hazırda qərardadın ləğv edilməsini gözləyirik. Amma əminəm ki, bu dəfə də keçmiş qayınatam öz statusundan istifadə edərək, şikayətimin təmin olunmamasına çalışacaq".

Şikayətçi qadın iddia edir ki, keçmiş həyat yoldaşının bahalı bağ evləri, mənzilləri, obyekt və müxtəlif markalı avtomobilləri olsa da, boşanma vaxtı onu və övladlarını məskunlaşmaq üçün mənzillə təmin etməyib:

"Niyazi Kazımov artıq 8 ilə yaxındır ki, atasının tanışlarının tapşırığı ilə "ASAN Kommunal" mərkəzində "Azərişıq" ASC-nin əməkdaşı kimi işləyir. O, dövlət işində işləməsinə baxmayaraq, mütəmadi olaraq bahalı kurortlara gedir, xarici ölkələrə səfərlər edir, lüks istirahət məkanlarında dincəlir. Hətta, bu yaxınlarda Türkiyədə 20 min manata saç transplantasiyası prosedurunu həyata keçirib.

Onun atası Nazim Kazımov respublikada tanınmış şəxsdir. Ailənin yüksək sosial statusu və geniş maddi imkanları olmasına baxmayaraq, üç azyaşlı uşağın təminatına heç bir dəstək göstərilmir, əksinə aliment məsələsində hər qəpik uğrunda uzunmüddətli məhkəmə çəkişmələri aparılır".

***
18:42

Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov oğlu Niyazi Kazımovun övladlarına aliment verməməsi ilə bağlı yazılan iddialara münasibət bildirib.

N.Kazımov Oxu.Az-a açıqlamasında bildirib ki, keçmiş gəlini Jalə Süleymanlının iddiaları əsassızdır:

"Jalə xanım oğlumdan əvvəl ailəli olub və həmin evlilikdən bir oğlu da var. O, oğlumla qeyri-rəsmi yaşayıb və ikinci uşaqdan sonra bizim məlumatımız olub, biz də qəbul etmişik. Oğlum alimenti vaxtında ödəyib, dedikləri mənə atılan böhtandır. Niyə nəvələrimin alimenti verilməsin? Bütün alimentlər vaxtında verilib. Xanım özü qızlarını nəzərə almalıdır ki, o uşaqların gələcəyini qorusun. Ona üçotaqlı ev də verilib, oğlum evdən çıxıb, başqa yerdə yaşayır. Mən müəlliməm, 15 minə yaxın tələbəm olub. O xanım mənim nüfuzumdan istifadə etməklə nə əldə etmək istəyir, bilmirəm".

N.Kazımov bildirib ki, nəvələri ilə maraqlanmaq istəsələr də, qadın uşaqları onlara göstərməyib:

"Mən, oğlumdan da narazıyam. Niyə bizdən xəbərsiz qeyri-rəsmi nikaha daxil olub, bilmirik".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}