Nazir ölkə prezidentini sərt tənqid etdi: Ölkəni dağıdır!

12:47 21.02.2026 441
Nazir ölkə prezidentini sərt tənqid etdi: Ölkəni dağıdır!

Şimali Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlu bu ölkənin Prezidenti Tufan Ərhürmanın apardığı siyasəti sərt şəkildə tənqid edib.

Becan.az Axar.az-a istinadən xəbər verir ki, XİN başçısı bu barədə mətbuat konfransında açıqlama verib.

T.Ərtoğruloğlu mövcud siyasətin "iki dövlətli" həll prinsipi ilə uzlaşmadığını iddia edib:

“Müzakirə etdiyim məsələ Kiprlə bağlıdır. Bu ölkənin xarici işlər naziri olaraq, mənim vəzifəm prezidentin yürütdüyü siyasətin niyə səhv olduğunu, nə mənaya gəldiyini və yaratmağa çalışdığı təsəvvürün nə qədər yanlış olduğunu vurğulamaqdır. Mənim cənab Ərhürmanla şəxsi problemim yoxdur, qarşılıqlı hörmət saxlayırıq, lakin Kipr məsələsi ilə bağlı siyasətə ayrıca baxılmalıdır. Mən heç vaxt prezidentin xain olduğunu düşünmərəm, amma o, Kipr türkləri üçün statusun əldə olunmasında vaxt itirir”.

Məlumata görə, mətbuat konfransında ən diqqət çəkən mövzulardan biri konsepsiya ilə bağlı müzakirələr olub.

XİN başçısı "suveren bərabərlik" və "bərabər suverenlik" anlayışlarının bir-birinə tamamilə zidd olduğunu iddia edib:

"“Suveren bərabərlik” iki dövlət deməkdir. “Bərabər suverenlik” isə bir dövlət, bir suverenlik, bir beynəlxalq şəxsiyyət deməkdir. Əgər bir ölkənin prezidenti suveren bərabərlikdənsə, bərabər suverenliyi müdafiə edirsə, bu o deməkdir ki, o, rəhbərlik etdiyi dövləti dağıtmağı hədəfləyir”.

Ərtoğruloğlu Kipr probleminin kökünün Kiprin yunan tərəfinin beynəlxalq səviyyədə "Kipr Respublikası" kimi tanınmasında olduğunu deyib:

“Bütün problemlərimizin əsas səbəbi də budur. Həll yolu mövcud vəziyyətdir. İki suveren, bərabərhüquqlu qonşu dövlət. Bu, “de-fakto” həll yoludur, “de-yure” deyil”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}