Xameneinin öldürülməsi ilə bağlı yeni təfərrüatlar

11:29 3.03.2026 1 624
Xameneinin öldürülməsi ilə bağlı yeni təfərrüatlar

“Financial Times” nəşri İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı yeni təfərrüatlar yayıb.

Becan.az Bizim.media-ya istinadən xəbər verir ki, nəşrin məlumatına görə, İsrail “Nərildəyən Aslan” əməliyyatına hazırlıq çərçivəsində Tehrandakı yol müşahidə kameralarına sızaraq yüksək rütbəli iranlı rəsmilərin gündəlik həyatını izləyib. Həmin əməliyyat zamanı Xameneinin öldürüldüyü bildirilir.

Məqalədə qeyd olunur ki, Xameneinin ətrafında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agent şəbəkəsinə daxil olan mənbə də olub. Hesabatda bildirilir ki, İsrail kəşfiyyatı Xameneinin və onun mühafizə xidmətinin “həyat tərzini”, o cümlədən hərəkət marşrutlarını, iş qrafiklərini və adətən onun yanında olan yüksək vəzifəli şəxslərin kimliyini müəyyən edib.

Nəşr həmçinin vurğulayır ki, İsrail İran rəhbərliyi və onların hərəkətləri barədə toplanmış böyük həcmli məlumatların emalı üçün süni intellekt alətləri və xüsusi alqoritmlərdən istifadə edib.

Bundan əlavə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təqdim etdiyi əlavə mənbə Xameneinin öldürüldüyü gün onun dəqiq yerləşdiyi yeri təsdiqləyib.

Bildirilib ki, İsrail Xameneinin qorunduğu binalar kompleksinə “Sparrow” tipli raketlərlə zərbə endirib. Taktiki sürpriz effekti əldə etmək üçün təyyarələr gündüz saatlarında havaya qaldırılıb, baxmayaraq ki, İranda yüksək döyüş hazırlığı səviyyəsi mövcud olub.

Ümumilikdə kompleksə 30 raket atılıb. Əraziyə yaxın mobil rabitə qüllələri sıradan çıxarılıb ki, mühafizə əməkdaşlarının telefonları xəbərdarlıq zənglərini qəbul edə bilməsin.

Əməliyyat radioelektron kəşfiyyat, mobil şəbəkələrə sızma və ABŞ mənbəsinin görüşün baş tutduğunu təsdiqləməsi kimi mərhələləri əhatə edib.

Nəşr qeyd edir ki, əməliyyatın planlaşdırılmasına hələ 2001-ci ildə başlanılıb. O vaxt sabiq baş nazir Ariel Şaron “Mossad”a göstəriş verib ki, İran əsas hədəf seçilsin.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}