İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

15:14 5.03.2026 910
İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

Bu gün İran PUA-larının Naxçıvan Beynəlxalq Hava Limanına düşməsi bir vacib suala qaçılmaz cavab tələb edir: Bu, qəsdən edilən hücumdur, yoxsa müharibə fəsadı, yanılma, səhv?

Becan.az Axar.az-a istinadən xəbər verir ki, İran 28 fevraldan indiyədək olmayan səviyyədə hücumla üz-üzədir: Ölkənin ali dini lideri də daxil olmaqla, komandanlıq ilk dəqiqələrdə aradan götürülüb, ardınca zərbələr intensivləşib. Hər keçən gün zərbələrin miqyası artır.

İran cavab olaraq Körfəz ölkələrinə də hücum edir, baxmayaraq ki, özü buna "ABŞ-ın regiondakı hərbi varlığının hədəf alınması" adını qoyub. Ancaq ərəb ölkələrində neft bazaların, enerji sisteminin, hava və dəniz limanlarının hədəf seçilməsinin ABŞ bazaları ilə heç bir əlaqəsi yoxdur.

İran buna da cavab verə bilər: Körfəz ölkələri hava məkanını İsrail və ABŞ ordularına açıb, buna görə də müharibənin passiv də olsa, iştirakçısı sayılırlar. Bəs, ötən gün Türkiyəyə ballistik raket hücumu, bu gün isə Naxçıvan aeroportuna zərbənin izahı varmı?

Ötən gün Qərb mediası İranın ballistik raketinin Türkiyədə "ABŞ bazasına doğru istiqamətləndiyi" haqda məlumat yaymışdı. İran özü isə Türkiyədə hər hansı obyekti hədəf almadığını açıqladı. Buna baxmayaraq, Türkiyə istiqamətində raketin də bir "yozumunu" İran tapa bilər.

Azərbaycan niyə hədəf seçilir? Bəlkə, PUA-lar hədəfdən yayınıb? Yanlışlıq olub? Bəlkə, PUA-lar fərqli istiqamətə uçarkən sərhədi keçib və HHM sistemləri tərəfindən vurulub, fəsadlar PUA qalıqlarınındır?


Açıq-aydın görünür ki, burada PUA-nın vurulması və yaxud PUA qalığının əraziyə düşməsindən söhbət getmir - burda PUA məhz hücum edir. Həm də bu PUA Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığındakı məktəbin ərazisinə hücum edir.

Demək, burda hücumdan danışmalıyıq!

Bəlkə, PUA-lar hədəfdən yayınıb və idarəetmədən çıxıb?

1. İsrail və ABŞ İrana Körfəzdən, ərəb ölkələrinin hava məkanından hücum edir - İranın şimal-qərbinin Azərbaycanla sərhəd hissəsinin sol tərəfi Türkiyə ilə uzun sərhəd zolağını əhatə edir. Türkiyə ilə bu sərhəd zolağının uzunluğu 534 kilometrdir. Türkiyənin hava məkanından İrana heç bir hücum baş vermədiyi üçün İranın müdafiə və hücum istiqaməti Azərbaycan sərhədindən ən azı 300-400 km cənubda olmalıdır.

2. İsrail və ABŞ İranın şimal-qərbində yalnız Təbriz və Urmiyadakı hərbi obyektlərə zərbə endirir. Xəritədən də göründüyü kimi, Təbriz və Urmiyadan Azərbaycan sərhədinə qədər məsafə 200 km-dən çoxdur.

Naxçıvana düşən hücum PUA-larıdır. Bu hücum PUA-ları ölkənin şimal-qərb sərhədində nə gəzir?

3. Vətən müharibəsi zamanı da həm Azərbaycan, həm də Ermənistan tərəfdən İran ərazisinə top mərmilərinin düşməsi faktı olmuşdu, ancaq bunun təsadüf olduğu dərhal açıqlanmış, üzr istənilmişdi, baxmayaraq ki, İran ən sərt şəkildə bu təsadüfə görə Azərbaycanı hədələmişdi.

İndi isə təkzib yoxdur, dərhal açıqlama da verilməyib.

4. Əgər doğrudan da hər hansı təsadüf, səhv baş veribsə, təsadüfən hücum PUA-ları Azərbaycanla sərhəddə uçarkən səhv edibsə, niyə məhz strateji infrastruktura - beynəlxalq hava limanına yönəlir?

5. Necə olur ki, iki PUA eyni vaxtda təsadüfən sərhədi keçir və ikisi də məhz aeroporta düşür?

6. Niyə İran PUA-ları məhz Naxçıvan aeroportu yaxınlığında idarəetmədən "çıxır"? Niyə bu PUA-lardan biri "səhvən" Ermənistan sərhədini keçmir?

7. SEPAH-a yaxın teleqram kanalları bu xəbəri bu cür tirajlayır: "Azərbaycana hücum etdik".

Bu qədər "təsadüf" olmur və SEPAH kanalları haqlıdır.

Bu, hücumdur!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}