Mənim Cənub marağım...

21:38 10.03.2026 1 106






Səadət CAHANGİR







İran adlı ölkə uşaqlıqdan bəri yaddaşımda Cənubi Azərbaycan kimi assosiasiya olunub. İndinin özündə də “İran” deyilincə, ağlıma ilk gələn Cənubi Azərbaycandır. Uşaq yaşlarımdan nənəmin bu mövzuda söhbətlərini eşitmişəm. Dədə-babaları Cənubdan gəlmə olan ana nənəm o tayda qalan bacısı haqqında kədərli şeylər danışıb. “Göydə uçan quşu güllə ilə yerə salan, güləşdə atamın kürəyini yerə vuran Dürrə qaldı Arazın o tayında” deyib ah çəkərdi nənəm...

Mənim Cənub marağımı bir az da bu kədər böyütdü. Orta məktəbdə daha çox oxumağa başladım, ilk dəfə Səməd Behrənginin adını rəhmətlik ədəbiyyat müəllimimiz Sabir müəllimdən eşitdim. Səhəndin bir şeirindən tanıdım onu. Yadımdadır, Bakıya universitetə imtahan verməyə gələndə də Arazı görmək həyəcanı ilə qatar pəncərəsinin qabağında donub qalmışdım. Universitet illərində azadlıq mübarizəmizin ilk qığılcımları da Cənubi Azərbaycan mövzusu ilə başladı.

İlk dəfə Xudafərin körpülərinin su-elektrik stansiyasının altında qalması təhlükəsinə qarşı tədbir keçirdik, sonra Şəhriyarın yaradıcılıq gecəsini. Ardınca sərhədlərin sökülməsi gəldi, Səttarxan, Xiyabani, Pişəvəri adları mübarizəmizin simvoluna çevrildi. Xülasə, Cənubi Azərbaycan kədəri həyatımın ortasından nisgilli Araz kimi keçdi həmişə. İbtidai məktəb şeirlərimdə də Araz və Təbriz var idi, indiki şeirlərimdə də var...

Mənim Cənub marağım...

Kimsəyə sirr deyil ki, əsrlər boyu Arazın hər iki tayında zorla ayrılmış nəsillərin kədəri yaşanıb. Bu kədər həm də mübarizələrlə dolu bir tarixdir. Milli azadlıq mübarizəsində hər iki tərəf yetərincə qurbanlar verib. Qanla yazılıb ikiyə bölünmüş bir millətin tarixi. İllər boyu bizim rus müstəmləkəsindən çəkdiklərimizin beşqat artığını da cənubdakı soydaşlarımız çəkib. Zaman-zaman dünya güclərinin siyasi qalmaqallarında da masada olub Cənubi Azərbaycan məsələsi. İndi yaşadığımız 21-ci əsrdə həmin qalmaqallar yenidən alovlanır və şübhəsiz ki, bu məsələdə bizim ilk narahatlığımız cənubdakı soydaşlarımızın haqları ilə bağlıdır.

Azmı gördük o tayda illər boyu milli haqlarını dilə gətirən minlərlə insanın qanında boğulduğunu? Bunu dilə gətirmək, onlara sahiblik hissinin ifadə olunması niyə kimlərisə qıcıqlandırır axı?..

Qarabağ savaşını xatırlayın; İran hakim rejiminin kimin tərəfində olduğunu bilirsiniz. Amma savaş bitənə qədər Araz boyunca düzülüb göz yaşları içində bizə bayraq yelləyən qan qardaşlarımızı da unutmayın!

İndi biz qanımızdan-canımızdan olan bu insanlara dəstək vermək üçün kimdənsə icazəmi alacağıq? Necə olur da, Ukraynanı qan gölünə çevirən Rusiyaya alqış tutanlar, bir ay əvvəl İranda minlərlə dinc etirazçının qanında boğulmasına susanlar birdən-birə dönüb haqq carçısına çevrilir? Və ya öz ölkəmizdə yüzlərlə günahsız insanın siyasi həbsinə səsini çıxarmayanlar durub bizimlə haqq-hesab aparır?..

Bütün müharibələr pisdir və biz də bu savaşın tərəfi deyilik, amma insanları asıb-kəsən, qanında boğan diktaturaların da tərəfi deyilik. Tarixin ibrət dərsi onu da göstərir ki, öz xalqına zülm edən, onu əzən bütün rejimlər sonda haqsızlığın hesabını ödəməli olur. Cənubdakı 40 milyondan artıq soydaşımız bizim böyük bir parçamızdır və bir gün xalqımızın ikiyə bölünməsi ilə möhürlənmiş bu tarixi ədalətsizliyin də masaya oturdulacağına inanıram.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}