Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

11:46 7.04.2026 3 290
Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

Bələdiyyələrin ödəniş tələbi ilə qarşılaşanları ən çox maraqlandıran sual bu ödənişin hansı məqsədlə toplanmasıdır.

Xəbər verilir ki, bildirişlərdə göstərilən məbləğlərin necə hesablanmasını da bu sıraya aid etmək olar.

Məsələ burasındadır ki, müşahidələr digər məlum amillərlə yanaşı, bu sahədə məlumatsızlığın da əhalini belə ödənişləri etməkdən yayınmağa sövq etdiyini göstərir.

Bəs bələdiyyələrin topladığı ödəniş nədən ibarətdir və onun məbləği necə hesablanır

Əvvəlcə ondan başlayaq ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycanın ərazisində yerləşən tikililər əmlak vergisinə cəlb olunur. Fiziki şəxslər üzrə əmlak vergisi isə bələdiyyələrə ödənilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi binaların sahəsinin hər kvadratmetrinə görə tətbiq olunur.

Belə ki, hər kvadratmetrinə görə:

- Bakıda 40 qəpik;

- Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 30 qəpik;

- Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində 20 qəpik;

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 10 qəpik vergi hesablanır.


Bina Bakı şəhərində yerləşdikdə, həmin qiymətə 0,7-dən 1,5-dək əmsallar tətbiq edilir. Əmsal binanın yerləşdiyi əraziyə uyğun olaraq müəyyən olunur.


Burada ən aşağı əmsal paytaxtda 12-ci zonaya - Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərə aid edilir. Bu ərazidə binanın hər kvadratmetri üçün vergi 28 qəpikdən hesablanır.


Ən yüksək əmsal isə 1-ci zonaya tətbiq olunur. Bakı şəhəri üzrə 1-ci zonaya Əl Oyunları Sarayından (Bakı İdman Sarayı) başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları Sarayınadək ərazi aiddir.

Bu ərazi üzrə fiziki şəxslərin əmlak vergisi hər kvadratmetrə görə 60 qəpikdən hesablanır.

Onu da bildirək ki, yaşayış sahələrinin 30 kvadratmetrə qədər hissəsinə vergi tətbiq edilmir.

Bu, o deməkdir ki, mənzilin sahəsi 50 kvadratmetrdirsə, onun yalnız 20 kvadratmetrinə görə vergi hesablanır. Həmçinin binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunla müəyyən olunan şəxslərin, habelə pensiyaçıların əmlak vergisininin məbləği 30 manat azaldılır.

Qanunla bələdiyyələr verginin ödənilməsi barədə bildirişi vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər.

Verginin məbləği bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi göstərilən ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin əmlak vergisi vaxtında ödənilmədikdə faiz hesablanmır.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}