Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

12:03 7.04.2026 728
Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur.

Becan.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov işığa və suya qənaət yalnız fövqəladə hallarla məhdudlaşmamalı olduğunu bildirib.

“İnsanlar bütün hallarda bu məsələyə diqqət yetirməli, bu nemətlərin dəyərini və qiymətini düzgün qiymətləndirməlidirlər. Bu resurslar bizə bəxş olunmuş dəyərlərdir və onlardan səmərəli və düzgün istifadə etmək hər kəsin məsuliyyətidir. Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur. Bu isə resurslardan qeyri-effektiv istifadə ilə nəticələnir. Misirdə tətbiq edilən enerji qənaəti tədbirlərinin arxasında isə ciddi səbəblər dayanır. Misir həm əhali sayına görə böyük dövlətdir, həm də qlobal iqtisadi proseslərdən birbaşa təsirlənir. Xüsusilə neft qiymətlərinin artması xərclərin yüksəlməsinə səbəb olur və bu da qənaət tədbirlərini zəruri edir”.

O deyib ki, yaxın dövrdə enerji daşıyıcılarının qiymətlərində artım davam edə bilər:

“Bu səbəbdən belə addımların atılması günün tələbi kimi qiymətləndirilir. Bu proseslər mütləq şəkildə düşünülmüş, təhlil edilmiş və planlı şəkildə həyata keçirilməlidir ki, real nəticə əldə olunsun. Əks halda, görülən tədbirlər istənilən effekti verməyəcək. Azərbaycana gəldikdə isə, hazırda belə ciddi bir zərurət və ya təhlükə mövcud deyil. Çünki Azərbaycan neft ixrac edən ölkədir və enerji resursları baxımından təminatlıdır. Lakin buna baxmayaraq, insanlar gündəlik həyatlarında suya, elektrik enerjisinə və digər resurslara qənaətlə yanaşmalı, israfçılıqdan çəkinməlidirlər. Bu, həm iqtisadi, həm də sosial baxımdan daha düzgün və məsuliyyətli davranış hesab olunur”.

Qeyd edək ki, Misir Yaxın Şərqdəki müharibə səbəbindən elektrik enerjisinə qənaət etməyə başlayıb. Mağazalar və kafelər daha tez bağlanacaq, ticarət mərkəzləri, restoranlar və mağazalar həftənin beş günü saat 21:00-da, həftəsonları isə saat 22:00-da bağlanmalıdır. Enerjiyə qənaət tədbirləri reklam lövhələrinin işıqlarının söndürülməsi, küçə işıqlandırmasının minimuma endirilməsi və bir çox dövlət qurumlarının saat 18:00-da bağlanmasını əhatə edir. Hakimiyyət həm dövlət, həm də özəl sektorda həftədə bir-iki gün məsafədən işləməyi düşünür. Bu tədbirlər ABŞ və İsrailin İranla müharibəsi fonunda qlobal yanacaq qiymətlərinin kəskin artması ilə əlaqədardır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}