Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

13:22 20.04.2026 2 268
Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

Azərbaycana iribuynuzlu ətlik heyvan idxalında birdən-birə kəskin azalma baş verib.

Rəsmi məlumatlara istinadən xəbər verilir ki, bu ilin ilik iki ayında Azərbaycana xarici ölkələrdən 5 min 902 baş diri iribuynuzlu ətlik heyvanlar idxal olunub. İribuynuzlu ətlik heyvanların 1 105 başı Rusiyadan, 4 797 başı Gürcüstandan gətirilib.
Bu isə 2025-ci ilin anoloji dövrü ilə müqayisədə idxalda 2,8 dəfə azalma deməkdir.

Belə ki, ötən il Rusiyadan 9644 baş, Qazaxıstandan 2538 baş və Gürcüstandan 1839 baş olmaqla 14 min 21 baş iribuynuzlu ətlik heyvan idxal edilib.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, mal-qara idxalının 2,8 dəfəyə qədər azalmasına bir neçə amil birlikdə təsir göstərib.

Ekspertə görə, ilk növbədə yerli damazlıq heyvandarlığın inkişafı xaricdın idxala ehtiyacı azaldıb:

“Rəsmi məlumatlara görə, intensiv damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların yerli fermer və ev təsərrüfatlarına satılması sisteminin qurulması ilə xaricdən damazlıq heyvan idxalının azalması planlaşdırılırdı. Görünür bu proses artıq əməli olaraq işə düşüb. Habelə son dövrlər bazarda yerli mal-qara daha aktiv şəkildə kəsilir, bu da idxala tələbatı azaldır”.

Mərkəz rəhbərinin sözlərinə görə, prosesə logistika, ölkənin ixrac siyasətindəki dəyişiklik də öz təsirini göstərə bilər:

“Bu məsələdə Qazaxıstanın idxal mənbəyi kimi tamamilə siyahıdan çıxması diqqəti çəkir. Ötən il Qazaxıstandan 2538 baş gətirilsə də, bu il rəqəmlər sıfırı göstərir. Bunun arxasında ya logistika, ya gömrük razılaşmaları, ya da o ölkənin ixrac siyasətindəki dəyişiklik dayana bilər”.

Həmsöhbətimiz məsələ ilə bağlı diqqət çəkən bir ziddiyyəti də xatırlatdı:

“Heyvandarlıq məhsulları istehsalı 2026-cı ilin yanvarında keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb. Yəni mal-qara idxalı azalıb, amma yerli istehsal da artmayıb, hətta bir qədər geriləyib. Bu o deməkdir ki, bazar boşluğu var və ət çatışmazlığı müəyyən dərəcədə qiymətlərə təzyiq göstərir”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}