Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

12:26 2.05.2026 1 841
Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib.

Xəbər verilir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının açıqlamasında bildirilib.

“Araşdırmalar zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub.

Erməni lobbi təşkilatları bu dəfə qarayaxma kampaniyasını fərqli taktika seçərək bir neçə məsələ, o cümlədən qondarma “soyqırımı”, “hərbi əsirlər” və Xankəndi şəhərindəki tikililər ətrafında ajiotaj yaratmaqla aparıblar. Eyni zamanda, məsələ əlaqələndirlimiş kampaniya kimi görünməsin deyə iştirakçılara qapalı kanallar, elektron poçt və şifrələnmiş mesajlaşma platformaları vasitəsilə tezislərin verildiyi barədə faktlar aşkar edilib.

Kampaniyada ABŞ, Avropa və Rusiyada mənzillənən erməni lobbi təşkilatları xüsusi aktivlikləri ilə seçiliblər.

X (keçmiş “Twitter”) sosial media platformasındakı kampaniyanın son bir həftəlik təhlili göstərib ki, dezinformasiya kampaniyasında 130 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib, ümumilikdə bir milyona yaxın qarşılıqlı əlaqə (reaksiya) qeydə alınıb. Paylaşımlar daha çox erməni əsilli blogerlərin, erməni xəbər saytlarının, həmçinin ermənipərəst xarici bloger və fəalların hesablarından edilib.

Bundan əlavə, aşağıda adları çəkilən xarici ölkələrdə yerləşən, lakin o qədər də nüfuzlu olmayan bir sıra onlayn mətbu orqanlarında da oxşar tezislər əsasında yazılar gedib:

ABŞ, Birləşmiş Krallıq, Belçika, Polşa, İtaliya, Meksika, İspaniya, Gürcüstan, İsrail, Vatikan, Yunanıstan, Hindistan, Rusiya, Ermənistan və s.

Komissiyanın müəyyən etdiyi faktlar bir daha göstərir ki, şəxsi məqsədlərini hər şeydən üstün tutan və vaxtilə münaqişədən yüksək dividentlər əldə edən bu dairələr bütün vasitələrdən, o cümlədən xarici ölkə parlamentlərindəki əlaltılarının, bir sıra şəhər merlərinin, hazırda və keçmişdə müəyyən vəzifə tutan şəxslərin xidmətlərindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar”,
- məlumatda qeyd olunub.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}