Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

12:55 19.05.2026 1 862
Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak məqsədilə Azərbaycana səfəri hər iki ölkə üçün olduqca məhsuldar olub.

Belə ki, bu səfər çərçivəsində iki ölkə iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlik hərtərəfli sazişlər toplusunu imzalayıblar.

Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə də razılığa gəliblər.

Bununla əlaqədar olaraq, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlara start verib.

Belə görünür ki, 6 illik fasilədən sonra nəhayət quru sərhədləri açılır.

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a bildirib ki, sözügedən addım quru sərhədlərin açılmasında ilk addım olacaq:

“Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası quru sərhədlərin açılmasının ilkin mərhələsi olacaq. Verilən bu qərar olduqca yaxşı qərardır. Çünki Azərbaycanın beynəlxalq nüfuzu, coğrafi mövqeyi onu deməyə əsas verir ki, artıq quru sərhədlərin açılmasının zamanı gəlib”.

Ekspertin sözlərinə görə, Gürcüstanla münasibətdə atılan bu addım həmin istiqamətdə turizmin, iqtisadi münasibətlərin inkişafına, sərhədyanı ticarətin yenidən canlanmasına müsbət təsir göstərəcək:

“Prosesə start verilməsi Azərbaycanda iqtisadi artıma da ciddi təsir edəcək. Güman ki, ilkin addım olaraq dəmir yolları, ardınca da quru sərhədlərin tamamilə açılması məsələsi gündəmə gələcək. Bu soydaşlarımızın çoxdan gözlədiyi bir qərar olacaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}