Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

10:39 27.10.2026 455
Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

Yüksək səviyyədə həmrəyliyimiz, qarşılıqlı hörmətimiz və anlaşmamız var. Hamımız milli ideyalarımız ətrafında birləşmişik. Bu ideyalardan biri də Azərbaycanın bütün xalqlarını özündə birləşdirən azərbaycançılıqdır.

Xəbər verilir ki, bunu Azərbaycan Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib.

Dövlət başçısı bildirib ki, bu birlik müstəqillik tariximizin ən çətin dövrlərində özünü nümayiş etdirib.

“Hərbi təcavüz və Ermənistanın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri vahid dəmir yumruq kimi birləşərək kimliyimizi qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək uğrunda mübarizə aparıblar. Bu birlik, əslində, qələbəmizin rəmzinə çevrilmişdi.

Beləliklə, birliyin bu möhtəşəm nümayişi cəmiyyətimizin mahiyyətini bir daha ortaya qoyur. Bir daha qeyd edirəm ki, əgər Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmətin hökm sürdüyü, hər kəsi əhatə edən həqiqi platformamız olmasaydı, biz heç vaxt uğur qazana bilməzdik. Əsrlər boyu bu dəyərləri qoruyub saxlaya bildiyimiz üçün çox qürur duyuruq.

Bir çox əsrlər ərzində Azərbaycan dövlətçilik tariximizin əvvəlki dövrlərində çox zəngin dövlətçilik ənənələrinə malik olmasına baxmayaraq, dövlətçiliyindən məhrum edilib. Son bir neçə əsr ərzində müstəqil olmamışıq, lakin yaşamaq məcburiyyətində qaldığımız sistemdən asılı olmayaraq, öz dəyərlərimizi, dilimizi, ənənələrimizi və həyat tərzimizi qoruyub saxlamağı bacarmışıq”,
- deyə Prezident vurğulayıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}