“Azərenerji”nin işığı Ağsunun kəndlərinə niyə hissə-hissə çatır?!.

21:49 1.02.2023 2 969
“Azərenerji”nin işığı Ağsunun kəndlərinə niyə hissə-hissə çatır?!.

Yaxud, regional tabeçiliyi və müdirləri tez-tez dəyişdirilən işıq idarəsinin iş prinsipi niyə dəyişmir?..

“Ağsu rayonunun kəndlərində hər gün işıqlar bir neçə dəfə uzun fasilələrlə söndürülür. Bu proses xüsusən hər ayın 20-dən sonrakı günlərdə baş verir. Hava şəraitindən asılı olmayaraq, işıqların söndürülməsi hər gün eyni vaxtlarda deyil, müxtəlif vaxtlarda baş verir”.

Bu barədə “Becan.az”-a yerli sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, işıq böhranı Ağsu rayonunun mərkəzində də tez-tez rastlanan hal olsa da, əsasən kəndlər bu problemi yaşayırlar: “Ağsu rayonunun “Ləngəbiz işıq xətti” üzərində 10-dan çox böyük kənd yerləşir. Hər gün işıqda yaranan fasilələr kənd əhalisinin işini olduqca çətinləşdirir. Çünki işıqla işləyən avadanlıqlar tez-tez dayanmaq məcburiyyətində qalır ki, bu da bəzi hallarda həmin cihazların sıradan çıxmasına səbəb olur. Bir tərəfdən də, indi kəndlilərin çoxu çörəklərini də elektrik peçlərində bişirirlər və işıqda yaranan böyük fasilələr xəmirlərin zay olmasına səbəb olur. Hərdən olur ki, hamamda çimənlər işıq söndüyündən soyuq suyla yaxalanıb çıxmaq məcburiyyətində qalırlar. Tək evlər deyil ki, xəstəxanalar, məktəblər, poçtlar da işıqsızlıqdan əziyyət çəkir”.

Məlumatda o da qeyd olunur ki, kəndlərin əksəriyyətində kəndarası işıq dirəkləri və məftilləri çoxdan istismar müddətini başa vurub, bu üzdən də işıq verilişlərində dayanmalar qaçılmaz olur: “Hər ay sakinlər yandırdıqları işığın pulunu ödəyirlər, “Azərenerji”yə bu qədər pul yığılır, amma transformatorlar, dirəklər sovet dövründən qalmadır. Bir neçə kənddə kəndarası dirəklər yenilənsə də, ancaq kabellər çəkilmədiyindən istifadəyə verilməyib. Zülm çəkməksə yenə kəndliyə qalıb”.

Sakinlərin sözlərinə əsasən, Ağsu İşıq İdarəsinin regional tabeçiliyi illər üzrə tez-tez dəyişdirilir. Belə ki, regional idarəçilik baxımından Ağsu İşıq idarəsinin tabeçiliyi gah Şirvan, gah Mingəçevir, gah Qəbələ, gah İmişli, gah Kürdəmir, gah Hacıqabul və s. RED-lərin nəzarətinə verilsə də, işıq sistemindəki problemlər aradan qalxmır.

Sakinlər sonda qeyd ediblər ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə işıq idarəsinə və digər aidiyyatı qurumlara müraciətlər ediblər, işıq idarəsindən verilən cavablarsa “material yoxdur” – şəklində olub.

“Azərenerji” ASC rəhbərlik səviyyəsində Ağsudakı işıq problemləri ilə bağlı tez-tez mətbuatda dərc olunan şikayətlərə, yəqin ki, bir gün cavab verəcək. Ümid edirik ki, əhalinin haqlı narazılığı ədalətlə araşdırılacaq və 21-ci əsr obonentlərinin sabit işıq alması üçün xətlərdəki acınacaqlı vəziyyətlər aradan qaldırılacaq, qədimi transformatorlar müasirləri ilə əvəzlənəcək.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}