Bəxtiyar Hacıyevin vəziyyəti ağır olaraq qalır

21:36 5.02.2023 1 200
Bəxtiyar Hacıyevin vəziyyəti ağır olaraq qalır

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 28 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Fevralın 5-də Bəxtiyar Hacıyev təcridxanadan ailəsinə telefonla zəng edib.

Fəalın qardaşı Vüqar Hacıyev “Turan” agentliyinin müxbirinə deyib ki, onun səhhəti əvvəlki kimi ağır və kritik olaraq qalır.

“Səsi çox zəif idi. O, dedi ki, dünən tibb elmləri doktoru Adil Qeybullanın iştirakı ilə 5 saat ərzində ətraflı müayinə ediblər. Adil Qeybulla onun səhhətini qeyri-kafi qiymətləndirib. Mən, ondan xahiş etdim ki, günlər keçdikcə səhhəti daha da pisləşir, aclığı dayandırsın. O, razılaşmadı və sonadək aclığı davam etdirəcəyini bildirdi.”

Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində saxlanılır.

“O, Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsini istəyir. Çünki təcridxananın tibb-sanitar hissəsində o qədər də yüksək tibbi xidmət göstərilmir. Amma dünən həkim müayinəsindən sonra tibb müəssisəsinə köçürülməsi məqsədə müvafiq hesab olunmayıb”, - o, qeyd edib.

Dünən, fevralın 4-də Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib:

“Onun səhhəti aclıq aksiyasına uyğundur. Aclığının 27-ci sutkasıdır. Çəki itirib, halsızdır. Başgicəllənmələri, baş ağrıları, mədə ağrıları var, gəzməyində çətinlik çəkir, ümumi zəifliyi var. Bədəndə su itkisi olduğuna görə, adekvat qaydada bədənin sanki quruması baş verir. Çəki itirilməsinə səbəb olan əsas amillərdən biri budur. Əlbəttə, lazımi tədbirlər görülməlidir ki, onun bu vəziyyəti dərinləşməsin. Amma komunakabellidir, huşu aydındır”.


Həkim bildirib ki, Bəxtiyar Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi hələ gündəlikdə deyil.

“Onun huşu aydındır. Mən, onun səhhətini nəzarətə götürmək fikrindəyəm. Lazım olan tədbirlər hələ təcridxananın tibb-sanitar hissəsində həyata keçiriləcək”.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq, aclığa başladığını bildirib və hazırda 28 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}