Hacıyev müstəqil mediaya qarşı gələnlərə "vicdanınız olsun!" - dedi

13:27 6.02.2023 1 228
Hacıyev müstəqil mediaya qarşı gələnlərə "vicdanınız olsun!" - dedi

"Əhməd İsmayılov Əli Həsənov və Ramiz Mehtiyev yolunu davam etdirir"

Bir neçə gündür "Media İnkişaf Agentiliyinin yaratdığı MEDİA Reyestrinə düşməyənlər jurnalist kimi faliyyət göstərə bilməzlər" - mövzusu demək olar ki, jurnalistlər arasında çox ciddi qalmaqala səbəb olub. Ötən gün Repressiya və İşgəncələr Əleyhinə Komitənin ofisində toplaşan müstəqil media qurumları, demək olar ki, media haqqında qəbul olunmuş qanunu legitim tanımadılar və qanunun fəaliyyətinin dayandırılmasını tələb etdilər. Əks halda, onlar artıq bu cür toplantıları hansısa qapalı məkanlarda yox, Media İnkişaf Agentiliyinin qarşısında keçirməyi qərara aldılar.

Mövcud problemə Müasir Musavat Partıyasının sədiri Hafiz Hacıyev də münasibət bildirib. H.Hacıyev açıqlama verib ki, Əhməd İsmayılovun bu addımı müstəqil mediyaya qarşı yox, bütün Azərbaycan xalqına və əsas da dövlət başçısına qarşı olan addımdır: "Dünyada mediyaya yer verilən bir dönəmdə Azərbaycanda bu cür qərarların verilməsi Azərbaycan mediasının dünyadan təcrid edilməsi deməkdir."

Partiya sədri daha sonra bildirib: "Görünür, Əhməd İsmayılova tapşırıq verən elə eyni adamlardır - Ramiz Mehtiyev, Əli Həsənov və digərləri. Bunlar istəsəydi, mətbuat azadlığına böyük yer verərdilər, dünya da bunu istəyir. Bunu etmək əvəzinə, bunlar Rusiyadan gələn planları yerinə yetirirlər. Hər halda, yenə mediyaya nəzarət edənlər, görünür köhnə komandanın üzvüləridir. Ramiz Mehtiyevdən tapşrıq alıb, sizin kimi müstəqil mediani dövlət başçsı ilə üz-üzə qoyub, ləzzət alırlar. Bu da sona kimi davam etməyəcək. Nə qədər gec deyil, nəticə çıxarsınlar."

H.Hacıyev sonra MİA-nın rəhbərlərinə səslənərək, od püskürüb: "Buradan səslənirəm: Vicdanınız olsun! Medianı bu qədər basqı altında saxlayıb, incitməyin! Dövlət başçısının üstünə qaldırmayın! Dünya bizə baxıb gülür! Müstəqil media nə yazır ki - bunların korrupsiyasından, bunların villalarından, pirezdentə etdikləri xəyanətdən! Təbii ki, bu da bəzi qüvvələrə sərf etmir.

Əhməd İsmayılovun özünün mətbuatdan xəbəri yoxdur. Azərbaycanda nə qədər müstəqil media "Reaksıya.TV", "Kanal13.Tv" və başqa adlarını sadalaya bilmədiyim kanallar, saytlar var, heç birini qeydiyyata almayıblar. Bu qədər şərəfsizlik olar?!.

Bu adam kimin adamdır gətirib qoyublar ora?! Səviyyəli bir adam olduğunu da düşünmürəm. Mediadan anlayışı olmayan adamı gətirib itələyiblər media içinə. Qərbi Azərbaycanda əlində kabab satanlar, gəlib özünə media qurub, aylıq paketini alır. Gedib, bizim kimi siyasətçini, sizin kimi mustəqil medianı ləkələməklə məşgul olurlar. Bunların da sonu Əli Həsənov, Ramiz Mehtiyev kimi olacaq!"
(azerbaycanreallığı.com)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}