Azad səslər media reyestrinin əleyhinədir

20:49 6.02.2023 932
Azad səslər media reyestrinin əleyhinədir

"Turan.az": Bazar ertəsi müstəqil KİV və jurnalist təşkilatlarının nümayəndələri, frilanserlər "Qanun" nəşriyyatında media haqqında qanunda nəzərdə tutulmuş media reyestrinin tətbiqi prosesindən irəli gələn problemləri müzakirə ediblər.

Müstəqil informasiya səslərinin hiddətinə 2021-ci ilin yanvarında respublika prezidentinin yaratdığı Medianın İnkişafı Agentliyinin (MİA) bəyanatı səbəb olub. Bəyanatda deyilir ki, reyestrdə qeydiyyatdan keçməyən, lakin fəaliyyətini davam etdirən KİV və jurnalistlər məhkəməyə veriləcək. Qeydiyyat sentyabrda başlayıb və martda başa çatır. İlin sonunadək MİA-ya müraciət edən 200 KİV-dən 160-ı və 180 jurnalist qeydiyyatdan keçib, 40-ı imtina alıb.

Əgər məhkəmə qaydasında onların fəaliyyəti qanunsuz sayılarsa, onlar məlumat toplaya və yaya bilməyəcəklər. "Üstəlik, belə şəxslərə qarşı qanunsuz sahibkarlıq fəaliyyəti ittihamının sürülə biləcəyini gözləmək olar", - 2014-cü ildə eyni absurd ittihamla cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrum edilmiş Xədicə İsmayıl bildirib.

Müstəqil jurnalist cameəsi hələ qanunun yarıgizli hazırlanması və onun 2021-ci ildə parlamentdə tələsik ikihəftəlik müzakirəsi zamanı reyestrin tətbiqinə qarşı çıxmışdı, çünki o, icazə funksiyasını daşıyırdı və azad jurnalistika fəlsəfəsinə, Azərbaycan icra hakimiyyətinin konstitusion və beynəlxalq öhdəliklərinə ziddir.

Reyestrdə məcburi qeydiyyat haqqında qanunun tələbi Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinə, eləcə də insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına ziddir, - ifadə azadlığı sahəsində hüquqşünas Xalid Ağəliyev bildirib.

KİV və ifadə azadlığı sahəsində ekspert- hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, jurnalist fəaliyyətinin reyestrdə məcburi qeydiyyatla əlaqələndirilməsi hakimiyyətin ölkədə ifadə azadlığını kəskin şəkildə məhdudlaşdırmaq niyyətindən xəbər verir.

Parlamentdə media haqqında qanunun müzakirəsi zamanı Məmmədli deputatlara öz tərəfdaşları ilə birlikdə hazırladığı 40 düzəliş və dəyişiklik təklif etmişdi. Məmmədli xatırladıb ki, Medianın İnkişaf Agentliyi həmin vaxt reyestrin qeydiyyatının məcburi olmadığını bildirmişdi. "Ancaq bu gün media cameəsinə tamamilə zidd, məcburi xarakterli tələb tətbiq olunur".

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söz azadlığının məhdudlaşdırılmasına yox, inkişafına xidmət edəcək qanunun hazırlanması zərurəti barədə bir il yarım öncəki fikrini təkrarlayıb. "Mən o vaxt demişdim ki, bu, KİV haqqında qanun deyil, media haqqında qanundur, yəni bunun jurnalist və ya özünü ifadə edən şəxs olub-olmamasından asılı olmayaraq, bütün informasiya istehsalçılarını əhatə edir. Qanunun adı və müddəaları da bundan xəbər verir. Bu, ölkədə azad informasiya cəmiyyətinin inkişafına təhlükə yaradır".

Əliyev reyestri əhatə edən media haqqında qanun probleminə daha geniş yanaşmağı təklif edib.

Görüş iştirakçıları Azərbaycanda əlverişli və sağlam informasiya mühitinin yaradılması, o cümlədən KİV haqqında yeni qanunun hazırlanması üzrə səyləri davam etdirməyə razılaşıblar. 2021-ci ilin dekabrında parlamentə təqdim edilmiş media haqqında qanun layihəsinə 40 düzəliş və dəyişiklik paketinin dərci barədə təşəbbüs irəli sürülüb. Həmçinin media haqqında qanuna yenidən baxılması təşəbbüsü üçün imza toplanmasına başlanılması qərara alınıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}