“Sumqayıt Tibb Mərkəzi”ndə əməliyyat, ardınca yoxlamalar –Nə baş verir?

13:14 7.02.2023 1 702
“Sumqayıt Tibb Mərkəzi”ndə əməliyyat, ardınca yoxlamalar –Nə baş verir?Dünən mətbuatda Sumqayıt Tibb Mərkəzində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yoxlama aparması barədə məlumat verilmişdi. Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova mövzu ilə bağlı mediaya məlumatı həm təsdiq, həm də təkzib etmişdi. Bu günsə həmin mövzuda "Yenixeber.org" yeni detallar paylaşıb.
Yazını təqdim edirik:


"“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə ardıcıl yoxlamalar aparılır. Məlumata görə bir müddət əvvəl başlayan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatına Hesablama Palatası da müvafiq yoxlamaları ilə qoşulub. Və hazırda da yoxlamalar davam edir. Korrupsiya əməliyyatının ardınca davam edən büdcə yoxlamaları məsələnin kifayət qədər ciddi olduğunu, böyük məbləğlərin müzakirə mövzusuna çevrildiyi ehtimalını doğurur.

Bu istiqamətdə Yenixeber.org- a ilginc məlumatlar daxil olub... Məlumatlarda dövlət satınalmaları adı ilə büdcə vəsaitinin xərclənməsindəki və səhiyyə ocaqlarında dərman və ləvazimatların təminatında ciddi qüsurlara yol verilməsindən bəhs olunur. (Yeri gəlmişkən “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin müxtəlif tenderləri ilə bağlı dövrü mətbuatda tənqidi ruhlu yazılar dərc olunub.)

Maraqlıdır ki, bu əməliyyat və yoxlamalarla bağlı rəsmi məlumat yayılmır(?) Yalnız dünən “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova mövzu ilə mediaya qısa açıqlama verib. Səkinə xanım həm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməlliyat keçirməsini, həm də Hesablama Palatasının yoxlama aparmasını etiraf edib. Lakin korrupsiya əməliyyatının şəxslə bağlı olduğunu və idarəyə aidiyyatı olmadığını da bildirib. (Bu linkdən oxuya bilərsiniz:

https://yenixeber.org/xeberler/146099-korrupsiya-i%CC%87dar%C9%99si-sumqay%C4%B1t-tibb-m%C9%99rk%C9%99zind%C9%99-%C9%99m%C9%99liyyat-ke%C3%A7irib.html)

Biz mövzu ilə bağlı “Sumqayıt Tibb Mərkəzi”, eləcə də şəxsən Səkinə xanımla telefon əlaqəsi yaratmağa cəhd etsək də, çabalarımız nəticəsiz oldu. Hesablama Palatasından isə yalnız rəsmi sorğu olarsa, cavab verə biləcəklərini bildirdilər(?)

Mövzunun davamı olacaq."

Becan.az: Qarşı tərəf münasibət bildirsə, dərc etməyə hazırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}