Nanə təbii məlhəmdir - istifadə edin, faydasını görün!

22:10 7.02.2023 1 630
Nanə təbii məlhəmdir - istifadə edin, faydasını görün!

Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.

Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik, köp əleyhinə dərman preparatları hazırlanır.

Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən, nanəni uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər.

Nanənin digər faydaları:

- Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır. Əgər başınız ağrıyırsa, gıcgahlarınıza nanənin efir yağını çəkin;

- Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su. 1 çay qaşığı bal da əlavə etmək olar). Bal çayın təsirini daha da artıracaq;

- Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köp əleyhinə preparatların tərkibinə daxil edilir. Bundan əlavə, nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm proseslərini yaxşılaşdırır, ödqovucu təsirə malikdir;

- Mikrobəleyhinə təsirə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır, ishal zamanı kömək edir;

- Ürəkbulanması zamanı nanə ilə konfetlər və ya nanə dəmləməsi çox yaxşı təsiredicidir;

- Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob və iltihabəleyhinə təsirlərə malikdir. Soyuqdəymə zamanı nanə çayı için. Nanənin efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir. Bunun üçün enli qaba qaynar su töküb, içinə 3-5 damcı nanənin efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın;

- Ağız boşluğu və damaqların iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsi ilə tez-tez qarqara edin;

- Nanə həm də qadın otu sayılır. Nanə dəmləməsi menstruasiyadan əvvəl və menstruasiya zamanı qadınları narahat edən ağrı və spazmları azaldır, klimaks zamanı qadınlara kömək edir;

- Nanə kosmetologiyada da geniş istifadə olunur. Nanə dəmləməsi ilə olan isti və soyuq kompreslərin növbələşməsi üz dərisini daha elastik edir, cavanlaşdırır. Bunun üçün pambıq salfeti əvvəl isti dəmləmədə isladın və 2-3 dəqiqə ərzində üzünüzdə saxlayın, daha sonra isə soyuq dəmləmədə saxlayın və yenə də 2-3 dəiqiqə ərzində üzünüzdə saxlayın. Bunu 2-3 dəfə edin (axırıncı soyuq kompres olmalıdır);

- Nanə dəmləməsi üz dərisində olan iltihabları azaldır, saçlar üçün də çox xeyirlidir. Saçlarınızı yuduqdan sonra, yaxşı süzülmüş nanə dəmləməsi ilə yaxalayın və qurudun;

- Nanə dəmləməsi ilə həmçinin ayaq vannaları etmək olar. Belə vannalar göbələk infeksiyası ilə mübarizə aparır, xoşagəlməz iyi aradan qaldırır.

İnsan orqanizmi üçün çox faydalı olan bu bitkidən düzgün istifadə etsəniz, nəticəsini görəcəksiniz. Ancaq unutmayın ki, qədərindən artıq hər şey zərərlidir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}